Hərbi Liseydə insident: həbs olunan var
28 Noyabr 2026, 13:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
404
16.02.2024, 19:54
Ötən ilin 8 fevral tarixində saat 2 radələrində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinin yataqxanasında 16 yaşlı Əliəkbər Mərəyevi qətlə yetirən tələbə yoldaşının məhkəməsi başa çatıb.
OXU24.COM publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən həmin təhsil müəssisəsinin tələbəsi, 21 yaşlı Rəşad Muxtarov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, Rəşad Mingəçevir şəhər sakinidir və hərbi xidmətini başa vurandan sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinə qəbul olunub. Əliəkbər isə Lənkəranda məktəbi 9-cu sinifdən bitirərək Bakıda təhsil almağa başlayıb və onların hər ikisi mərkəzin birinci kurs tələbəsi olub.
Əliəkbər və Rəşad digər 2 tələbə yoldaşları ilə birgə liseyin yataqxanasındakı 204 saylı otağı kirayə götürərək birgə qalmağa başlayıblar. Lakin hadisədən bir neçə gün əvvəl Əliəkbərlə Rəşad arasında sözlü mübahisə olub. Həmin gecə isə Rəşad Əliəkbərə telefonunun səsini azaltmasını bildirib və yatmağa mane olduğunu deyib. Lakin Əliəkbər Rəşadın tələbinə əməl etməyib. Nəticədə gecə saat 02 radələrində Rəşad bıçaq götürərək otaq yoldaşına hücum edib. O, 16 yaşlı tələbəyə ümumilikdə 21 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Məhkəmədə Rəşad Muxtarov hadisəyə otaq yoldaşı Əliəkbərin səbəb olduğunu deyib və peşmanlıq hiss yaşadığını bildirib:
"Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etdim, hadisə haqqında məlumat verdim. Daha sonra atama və anama zəng edərək adam bıçaqladığımı dedim. İşıqları söndürüb həkimlərin gəlməsini gözlədim. Etdiyim əməldən peşmanam".
Məhkəmə prosesi fevralın 13-də başa çatıb. Rəşad Muxtarov 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
14:09 / 28 Noyabr 2026
1
13:52 / 28 Noyabr 2026
174
13:22 / 28 Noyabr 2026
468
13:02 / 28 Noyabr 2026
150
12:56 / 28 Noyabr 2026
111
12:43 / 28 Noyabr 2026
298
12:12 / 28 Noyabr 2026
1041
12:05 / 28 Noyabr 2026
122
11:50 / 28 Noyabr 2026
134
11:21 / 28 Noyabr 2026
147
11:13 / 28 Noyabr 2026
131
10:46 / 28 Noyabr 2026
250
10:39 / 28 Noyabr 2026
368
10:29 / 28 Noyabr 2026
144
10:25 / 28 Noyabr 2026
324
10:18 / 28 Noyabr 2026
148
10:10 / 28 Noyabr 2026
144
09:37 / 28 Noyabr 2026
489
09:26 / 28 Noyabr 2026
158
09:24 / 28 Noyabr 2026
147
02:18 / 28 Noyabr 2026
295
01:49 / 28 Noyabr 2026
272
01:11 / 28 Noyabr 2026
266
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.