Azərbaycanla bağlı MÜJDƏ: Bu sahədə gücümüz artdı — Ekspertlər gözləntiləri AÇIQLAYIR
09 Aprel 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
607
05.03.2026, 15:56
Ramazan ayının Novruz bayramı ilə üst-üstə düşdüyü bu günlərdə düzgün qidalanma məsələsi daha da аktuallaşır.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Oxu24.com - a bildirir ki, bayram və məclislər orqanizmin standart qidalanma mexanizmini dəyişdirmir və həddindən artıq yemək sağlamlıq üçün risk yarada bilər.
“Bilmək lazımdır ki, orqanizmin standart çalışma mexanizmi var və onun, bayramda, məclisdə, ad günündə, toyda və yaxud digər məclislərdə daha çox yemək qəbul etməlidir deyə bir qaydası yoxdur. Əksinə, qidalanma rejimi hər zaman düzgün və balanslı olmalıdır ki, sağlamlığa hər hansı bir fəsad törətməsin. Və hal-hazırda Ramazan ayıdır. Təbii ki, Ramazan ayı və bir neçə gün sonra da artıq Novruz bayramı ilə üst-üstə düşəcək ki, burada qidalanmaya diqqət olunacaq əsas məqam uzunmüddətli aclıq və susuzluq zamanı digər qidaları düzgün seçmək lazımdır ki, həmin prosesdə susuzluq, narahatlıq yaratmasın, eləcə də qidalanmada yol verilən yanlışlar bir çox hallarda baş ağrısı, yorğunluq, halsızlıqla müşayiət olunur ki, ona görə bu qaydalar vacibdir. İftarda yaxşı olar ki, həddindən artıq qida qəbul olunmasın və xüsusilə də ağır kalorili gec həzm olunan qidalardan uzaq dursunlar. Mütləq şəkildə hər iftar zamanında az miqdarda su ilə xurma ilə açdıqdan sonra yüngül şorba, eləcə də ət yeməklərindən, əsas yeməklərdən qəbul etdikdə onların da daha çox qızartma olmamasına üstünlük vermək lazımdır. Və mütləq şəkildə hər dəfə menyuda dəyişiklik edərək paxlalılardan da bir miqdar istifadə etmək olar. Və mütləq maye qəbuluna da diqqət olunmalıdır ki, iftarla imsak arasındakı vaxtda hər insan öz orqanizminə uyğun su qəbulu, maye qəbuluna fikir verməlidir. Bu da təxmini bir insanın çəkisinə görə hər kiloqram çəkiyə görə 0.30 ml hesab olunur ki, bu miqdara da diqqət etsinlər. Əgər davamlı olaraq bu qədər miqdar qəbul etməyiblərsə, mütəmadi bir həftə ərzində artıra bilərlər. Və şirniyyatlar, xəmir məhsullarından çox istifadə tövsiyə olunmur. Xüsusilə Novruzda paxlava, şəkərbura, qoğal kimi şirniyyatlar yüksək kalorili hesablanır və bu qidaları birdən-birə qəbul etdikdə hər birindən orqanizmdə artıq çəkiyə səbəb olur, qanda şəkər miqdarının sürətlə qalxmasına daha sonra sürətlə aşağı düşməsinə və insanın daim ac hiss etməsinə gətirib çıxardır.
Həmçinin oxuyun
İmsakda isə daha çox sahur olaraq bildiyimiz burada daha çox yumurtadan, süd və süd məhsullarından daha çox kəsmik, qaymaq, eləcə də bir çox digər pendir, süd məhsullarından istifadə etmək daha faydalıdır. Ancaq pendirlər istifadə edərkən duzlu olmamasına diqqət olunsun ki, duzlu gün ərzində susuzluq yaratmağa səbəb ola bilər. Bir ovucu keçməmiş şərti ilə qoz, fındıq, badam da həm sağlam yağlarla zəngindir, həm də vitamin, minerallarla zəngindir. Eyni zamanda uzun müddət tox saxlaya bilir. Mütləq mövsümi meyvə-tərəvəzlərdən də bir-iki miqdar qəbul olunması orqanizmdə daha çox vitamin, mineralın qəbul olunması ilə yanaşı, eyni zamanda lifli qidadır, uzun müddət ac qaldıqda belə həzm sisteminin normal çalışmasına və bağırsaqların fəaliyyətinin pozulmamasına gətirib çıxardır. Və mütləq şəkildə paxlalılardan və yaxud da yulafdan, tam buğda çörəyindən də bir-iki dilim şəklində qəbul etmək olar. Və Novruz şirniyyatlarından istifadə edəcəklərsə, bu zaman da miqdarı keçməmələri tövsiyə olunur. Gün ərzində bir və iki şirniyyatdan qəbul etmək olar.
Nəzərə almaq lazımdır ki, bayram süfrələrini də qurarkən mütləq eyni gündə fərqli növ heyvan ətlərindən hazırlanmış yemək deyil, bir növ şorba, bir növ isti yeməyin qəbulu və istehlak olunacağı qədər hər dəfə yeni bişirilməsi sağlamlıq üçün ən önəmli məsələlərdən biridir ki, bu da sağlamlığımızda həm balanslı qidanın təmin olunmasında, həm də onları yeni hazırlayarkən qəbul etdikdə tərkibindəki faydalı makro və mikro elementlərdən düzgün şəkildə istifadəyə şərait yaradır”,-deyə o qeyd edib.
Hazırladı: Ülkər Rəhmanqızı
22:40 / 17 Aprel 2026
21
22:31 / 17 Aprel 2026
36
22:24 / 17 Aprel 2026
228
22:21 / 17 Aprel 2026
47
22:21 / 17 Aprel 2026
32
22:19 / 17 Aprel 2026
31
22:12 / 17 Aprel 2026
44
22:08 / 17 Aprel 2026
48
21:59 / 17 Aprel 2026
51
21:57 / 17 Aprel 2026
38
21:51 / 17 Aprel 2026
44
21:48 / 17 Aprel 2026
151
21:48 / 17 Aprel 2026
152
21:34 / 17 Aprel 2026
43
21:31 / 17 Aprel 2026
42
21:27 / 17 Aprel 2026
166
21:07 / 17 Aprel 2026
2719
21:05 / 17 Aprel 2026
57
21:04 / 17 Aprel 2026
202
20:52 / 17 Aprel 2026
60
20:52 / 17 Aprel 2026
64
20:49 / 17 Aprel 2026
53
20:46 / 17 Aprel 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.