Novruz,yoxsa orjinal Yeni il bayramımız!
16 Mart 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
1323
04.02.2026, 15:49
Xarici media yazır ki, İsrail Müdafiə Qüvvələri qadın döyüşçülərin sayını artırıb və bu say 2020-ci ildən etibarən iki dəfədən çox olub. Ümumilikdə, İsrail ordusunda qadın döyüşçülərin sayı 2025-ci ildə 8 min 500-ə çatdırılıb. Hətta, qadın hərbçilər hərbi əməliyyatlarda da iştirak edir.
Niyə Azərbaycanda qadınlar üçün ümumi hərbi mükəlləfiyyəti tətbiq edilmir? Niyə bizim qadın batalyonu, qadın döyüşçülərimiz yoxdur?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn cavablandırıb.
Polkovnik bildirib ki, əslində bir çox ölkələrdə qadınlar üçün ümumi hərbi mükəlləfiyyət tətbiq edilib. Buna misal olaraq İsrail, Norveç, Şimali Koreya, İsveç, Eritreya kimi ölkələrdə qadınların hərbi xidməti məcburidir. Artıq bir çox ölkələr də bu tətbiqi öz ordusunda həyata keçirmək üçün məsləhətləşmələr aparır.
Həmçinin oxuyun
"Təbii ki, Azərbaycanda belə bir tətbiq gündəm mövzusu deyil. Yəni, qadınların hərbçi olmaq arzusu ölkəmizdə könüllülük prinsiplərinə istinadən baş tuta bilər. Ürəyi hərbçi olmaq istəyən, vətən yolunda döyüşə atılan qadınlarımızın qarşısında heç bir maneə yoxdur.
Biz bunu 1990-cı ildən başlayan Qarabağ müharibəsində gördük. Qadınlarımız vətən darda qalanda kişilərlə bərabər döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyinin də şahidi olduq. Şəhidliyə yüksələn, döyüşlərdə əlil olan qadınlarları cəmiyyətimiz yaxşı tanıyır. Döyüşçü ruhu könüllü döyüşə atılan qadınlarımızın genetikasından irəli gəlir.Yəqin ki, “Dədə Qorqud” filmində həyat yoldaşı ilə çiyin-çiyinə döyüşən Azərbaycan qadının şücaətini, qorxmazlığını çoxunuz izləmisiniz! Bax, o genetikanın sahibidir bizim qadınlar.
Amma Azərbaycan ordusu qüdrətli və rəşadətli bir ordudur. Bunu bir daha Vətən müharibəsində dünya da təsdiq etdi. Məsələn, Böyük Britaniya müdafiə naziri Ben Uollisin ordumuzla bağlı verdiyi şərh yetər ki, Azərbaycanın Silahlı Qüvvələrinin öz ərazisini qorumaq gücündə olduğunu bir daha təsdiqləyəsən. Buna görə, qadınlar üçün ümumi hərbi mükəlləfiyyətə ehtiyac yoxdur. Qeyd etdiyim kimi, qadınlarımız genetik olaraq qəhrəmanlığa , mübarizəyə, düşmənə qarşı müharibəyə girməyə meyillidir və hərbi sahəni seçən kifayət qədər Azərbaycan qadınları var.
Xatırlayırsınızsa, hələ müharibədən Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycan Ordusunda 10 mindən artıq qadın xidmət edir və həmin xanım hərbçilə tibb, rabitə, hüquq, sənədləşmə və təminat bölmələrində xidmət göstərirlər.
Son olaraq, bir nüansı da qeyd edim, “Azərbaycan qadını” adı çox ucadır, dünyada heç bir qadın Azərbaycan qadını qədər fədakar ola bilməz! Azərbaycan kişisi üçün bu ad namus məsələsidir. Məhz buna görə , qadının məcburi hərbi mükəlləfiyyəti mümkün deyil. Döyüşdə təsadüfən əsir düşəcək qadını xalq olaraq mənəvi cəhətdən sınmaq kimi qəbul edərik. Belə halı, (Allah eləməsin ki, bir də baş versin) Azərbaycan kişisi qəbullana bilməz! Odur ki, məhz milli mənəvi dəyərlərimizin yaradıcısı olan qadına- anaya yüksək qiymət verilməsi baxımından qadınların məcburi hərbə cəlb edilməsi mümkün deyil” -deyə polkovnik Elmar Hüseyn qeyd edib.
Söhbətləşdi: Əntiqə Rəşid
13:56 / 17 Mart 2026
1
13:49 / 17 Mart 2026
35
13:46 / 17 Mart 2026
50
13:32 / 17 Mart 2026
141
13:28 / 17 Mart 2026
39
13:25 / 17 Mart 2026
34
13:20 / 17 Mart 2026
152
13:13 / 17 Mart 2026
55
13:06 / 17 Mart 2026
39
12:59 / 17 Mart 2026
81
12:48 / 17 Mart 2026
562
12:43 / 17 Mart 2026
143
12:40 / 17 Mart 2026
152
12:28 / 17 Mart 2026
757
12:25 / 17 Mart 2026
52
12:22 / 17 Mart 2026
57
12:16 / 17 Mart 2026
62
12:06 / 17 Mart 2026
787
11:53 / 17 Mart 2026
62
11:51 / 17 Mart 2026
161
11:39 / 17 Mart 2026
649
11:31 / 17 Mart 2026
68
11:28 / 17 Mart 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.