"Gördüklərimizi Afrikada tətbiq edəcəyik" - Con Adams
22 May 2026, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
81
22.05.2026, 14:13
Əhalinin iqlimə davamlı mənzillə təmin olunması qlobal iqlim gündəliyi ilə birbaşa bağlıdır və beynəlxalq maliyyələşmə mexanizmlərinin genişləndirilməsini tələb edir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun fikrincə, insanların əlçatan mənzillə təmin olunması mücərrəd siyasi məsələ deyil, insan hüquqlarının fundamental problemidir.
Y.Rəfiyev hesab edir ki, keyfiyyətli yaşayış şəraitinə bərabər çıxış imkanı sosial bərabərsizlik səviyyəsini aşağı salır, bu sahədəki çatışmazlıq isə dövlətlərdə sosial gərginliyin və daxili qeyri-sabitliyin artmasına səbəb ola bilər.
Rəfiyev qeyd edib ki, müasir yaşayış obyektləri iqlim riskləri mütləq nəzərə alınmaqla inşa edilməlidir, lakin maliyyə vəsaitlərinin çatışmazlığı bu prosesi ciddi şəkildə ləngidir: "COP29-da biz yeni kollektiv kəmiyyət hədəfinə dair konsensus qərarının qəbul edilməsi üçün ölkələr arasında körpülər yaratmağa nail olduq".
O izah edib ki, maliyyə dəstəyi üzrə təsdiq edilmiş 300 milyard dollar məbləğində hədəf göstəricisi ehtiyacı olan dövlətlərə nəinki adaptasiya tədbirlərini həyata keçirməyə, həm də dayanıqlı evlər tikməyə imkan verəcək.
Diplomat qeyd edib ki, COP29 sədrliyi iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və onlara adaptasiya tədbirlərinin bərabər əhəmiyyət kəsb etdiyini ardıcıl olaraq müdafiə edib, çünki ən həssas regionlar eyni zamanda kəskin mənzil böhranı yaşayır.
Onun fikrincə, aşağı karbonlu şəhərsalmanın maliyyələşdirilməsi üçün səmərəli mənbə Bakıda (2024-cü ilin noyabrında COP29-da - red.) razılaşdırılmış Paris Sazişinin 6-cı maddəsi ilə işə salınması nəzərdə tutulan karbon bazarları ola bilər.
Rəfiyevin sözlərinə görə, COP və WUF çərçivəsində proseslər sıx əlaqələndirilməlidir. O xatırladıb ki, Azərbaycan hər iki qlobal platformanın sədrliklərini özündə birləşdirən Bakı Davamlılıq Koalisiyası təşəbbüsünü irəli sürüb.
"Gələcəkdə biz beynəlxalq ictimaiyyətə tövsiyələr hazırlamaq üçün bu sədrliklərin diqqətini maliyyələşdirmənin həyata keçirilməsi vasitələrinə cəmləyə bilərik", - nazir müavini qeyd edib.
15:55 / 22 May 2026
1
15:47 / 22 May 2026
26
15:39 / 22 May 2026
38
15:28 / 22 May 2026
119
15:22 / 22 May 2026
76
15:21 / 22 May 2026
55
15:09 / 22 May 2026
47
14:57 / 22 May 2026
116
14:57 / 22 May 2026
53
14:48 / 22 May 2026
37
14:34 / 22 May 2026
57
14:12 / 22 May 2026
59
14:09 / 22 May 2026
60
14:07 / 22 May 2026
64
14:06 / 22 May 2026
60
14:03 / 22 May 2026
85
14:02 / 22 May 2026
79
13:59 / 22 May 2026
78
13:58 / 22 May 2026
74
13:57 / 22 May 2026
75
13:56 / 22 May 2026
76
13:52 / 22 May 2026
73
13:50 / 22 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.