SİMA həlləri WUF13-də təqdim edilib - FOTO
22 May 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
76
22.05.2026, 13:48
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Dünya Şəhər Forumunun (WUF13) yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Oxu24.com xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rəsmi qapanış mətbuat konfransında deyib.
“Azərbaycan hökumətinə Bakıda Dünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Bu həftə ərzində nümayiş etdirilən müstəsna qonaqpərvərlik, təşkilatçılıq və liderlik WUF13-ü həqiqətən qlobal toplantıya çevirdi”, - Rossbax bildirib.
UN-Habitat rəhbərinin sözlərinə görə, forum şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün mühüm beynəlxalq platforma rolunu bir daha təsdiqləyib.
O qeyd edib ki, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı yer alıb. Onlardan 2 mindən çoxu tədbirə onlayn qoşulub.
Rossbax bildirib ki, iştirakçıların 55%-ni qadınlar və qızlar təşkil edib. Forumda 11 dövlət başçısı, 9 yüksək səviyyəli qonaq, 88 nazir, 76 nazir müavini və 130 bələdiyyə sədri iştirak edib.
UN-Habitat rəhbəri əlavə edib ki, forum çərçivəsində ümumilikdə 579 sessiya keçirilib. Urban Expo sərgisində isə 260 sərgi iştirakçısı, innovator və həll təminatçısı təmsil olunub. Sərgiyə 74 mindən çox ziyarət qeydə alınıb.
Onun sözlərinə görə, WUF13-ü işıqlandırmaq üçün 865 media nümayəndəsi akkreditə olunub.
“Bu rəqəmlər şəhərlərin həll yollarına olan ehtiyacın nə qədər böyük olduğunu göstərir. Şəhərlər həllər tələb edir və tərəfdaşlar buna cavab verir”, - deyə Rossbax vurğulayıb.
14:57 / 22 May 2026
13
14:57 / 22 May 2026
12
14:48 / 22 May 2026
20
14:34 / 22 May 2026
46
14:13 / 22 May 2026
70
14:12 / 22 May 2026
54
14:09 / 22 May 2026
51
14:07 / 22 May 2026
52
14:06 / 22 May 2026
53
14:03 / 22 May 2026
76
14:02 / 22 May 2026
72
13:59 / 22 May 2026
73
13:58 / 22 May 2026
67
13:57 / 22 May 2026
66
13:56 / 22 May 2026
66
13:52 / 22 May 2026
68
13:50 / 22 May 2026
78
13:47 / 22 May 2026
76
13:43 / 22 May 2026
70
13:41 / 22 May 2026
61
13:38 / 22 May 2026
75
13:37 / 22 May 2026
67
13:25 / 22 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.