Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır
22 May 2026, 14:13
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
81
22.05.2026, 13:14
Azərbaycan və Tacikistan arasındakı siyasi dialoqun yüksək səviyyəsi işgüzar dairələrin arasında eyni dərəcədə fəal əməkdaşlıqla müşayiət olunmalıdır.
Oxu24.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi tabeliyindəki yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bugünkü forumun əsas məqsədi sahibkarlara və şirkətlərə lazımi tərəfdaşları tapmağa, real aktual layihələri müzakirə etməyə və uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl qoymağa kömək etməkdən ibarətdir: "Azərbaycanın işğaldan azad edilmiş əraziləri xüsusi imkanlar açır. Burada prioritet istiqamətlər tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika və emaldır. İnvestorlar arasında tacik biznesinin nümayəndələrini də görməkdən məmnun olarıq".
O, əməkdaşlığın perspektiv istiqamətləri arasında xüsusilə nəqliyyat və tranziti, o cümlədən Orta Dəhlizin imkanlarından istifadəni, həmçinin aqrosənaye kompleksini, yeyinti sənayesini, yüngül sənayeni, ticarəti, turizmi və yaşıl iqtisadiyyatı qeyd edib: "Razılaşmalar və səylərimizin konkret nəticə verməsi üçün sahibkarların sorğularını, müxtəlif sərgilər, forumlar və investisiya imkanları haqqında məlumatları mübadilə etməyi, həmçinin sahəvi B2B görüşlər keçirməyi vacib hesab edirəm. Tacik tərəfindən konkret sorğular olduğu halda KOBİA Azərbaycanda profil tərəfdaşların seçilməsinə fəal kömək etməyə də hazırdır".
O. Məmmədov Azərbaycanda tacik biznesinə, həm də bu gün Tacikistan bazarına çıxmaqda maraqlı olan Azərbaycan şirkətlərinə yardım etməyə hazır olduqlarını qeyd edib".
14:48 / 22 May 2026
1
14:34 / 22 May 2026
33
14:13 / 22 May 2026
66
14:12 / 22 May 2026
53
14:09 / 22 May 2026
51
14:07 / 22 May 2026
50
14:06 / 22 May 2026
51
14:03 / 22 May 2026
73
14:02 / 22 May 2026
68
13:59 / 22 May 2026
72
13:58 / 22 May 2026
66
13:57 / 22 May 2026
65
13:56 / 22 May 2026
65
13:52 / 22 May 2026
66
13:50 / 22 May 2026
78
13:48 / 22 May 2026
71
13:47 / 22 May 2026
75
13:43 / 22 May 2026
70
13:41 / 22 May 2026
61
13:38 / 22 May 2026
71
13:37 / 22 May 2026
67
13:25 / 22 May 2026
60
13:20 / 22 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.