WUF13-ün proqramı açıqlanıb
06 May 2026, 10:53
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
39
07.05.2026, 10:12
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında "Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması –WUF13-ə hazırlıq" mövzusunda tədbir keçirilib.
Bu barədə Oxu24.com-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, tədbir II Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) diqqəti çəkmək məqsədilə baş tutub.
Azərbaycan, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Məskunlaşma Proqramınının birgə təşkilatçılığı ilə reallaşan tədbir Forum çərçivəsində BMT baş qərargahında nəzərdə tutulan 18 yüksək səviyyəli əlavə tədbirdən biri kimi müəyyənləşdirilib. Tədbirin əsas məqsədi ölkədə keçiriləcək WUF13-ün qlobal təşviqinə dəstək vermək, eləcə də miqrasiya və urbanizasiya prosesləri arasındakı əlaqəni müzakirə etmək olub.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın həm qarşıdan gələn WUF13 tədbirinin ev sahibi ölkəsi, həm də "Çempion ölkələr" təşəbbüsünün cari il üçün həmsədri olduğunu vurğulayıb, bunun Beynəlxalq Miqrasiya İcmalı Forumu və WUF13 çərçivəsində aparılacaq müzakirələr arasında uzlaşmanın təmin edilməsi üçün müstəsna imkanlar yaratdığını bildirib. Miqrasiya və şəhərlərin idarə edilməsi arasında əlaqəyə toxunan Xidmət rəisi miqrasiyanın inkişaf potensialından istifadə imkanlarının genişləndirilməsində bu əlaqənin rolundan bəhs edib. Vüsal Hüseynov hazırki tədbirdə aparılan müzakirələrin Bakıda keçiriləcək WUF13 tədbiri zamanı davam etdiriləcəyini diqqətə çatdırıb.
Həmçinin oxuyun
Daha sonra BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkenin və BMT-nin Məskunlaşma Proqramının Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Frekltonun mövzu üzrə çıxışları dinlənilib.
Ardınca Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin moderatorluğu ilə panel müzakirələri və interaktiv sessiya keçirilib. Hökumət və yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları zamanı miqrantların şəhər mühitinə inteqrasiyası, inklüziv və davamlı şəhərlərin formalaşdırılması, sosial həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasının, həmçinin bu istiqamətdə birgə səylərin əhəmiyyəti xüsusi vurğulanıb.
Bundan əlavə, Forumun ikinci günündə dəyirmi masalar çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunmuş icmal xarakterli ümumi debat baş tutub. BMqT-nin baş direktorunun sədrliyi ilə keçirilən iclasda 1-ci dəyirmi masa çərçivəsində müzakirələrin nəticələrinə dair xülasə Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təqdim olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov həmçinin "Miqrasiya Həlləri: Niyyətdən fəaliyyətə" mövzusunda yüksək səviyyəli dialoqda panel məruzəçi qismində iştirak edib. BMqT-nin baş direktoru, Niderland Krallığının baş nazirinin müavini – sığınacaq və miqrasiya nazirinin, Banqladeş Xalq Respublikasının mühacirlərin rifahı və xaricdə məşğulluq nazirinin müavini, İsveç Krallığının miqrasiya nazirinin, eləcə də digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən tədbirdə Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Çempion ölkə qismində sözügedən sənədin icrasının genişləndirilməsinə dair təcrübəsini bölüşüb, texniki və maliyyə dəstəyinin səmərəli istifadəsinin bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadığını bildirib.
11:08 / 07 May 2026
1
11:03 / 07 May 2026
13
11:00 / 07 May 2026
23
10:47 / 07 May 2026
37
10:38 / 07 May 2026
42
10:37 / 07 May 2026
35
10:27 / 07 May 2026
281
10:26 / 07 May 2026
39
10:23 / 07 May 2026
36
10:21 / 07 May 2026
40
10:17 / 07 May 2026
42
10:15 / 07 May 2026
31
10:10 / 07 May 2026
37
10:03 / 07 May 2026
260
09:50 / 07 May 2026
46
09:48 / 07 May 2026
46
09:46 / 07 May 2026
50
09:44 / 07 May 2026
206
09:42 / 07 May 2026
46
09:15 / 07 May 2026
56
09:05 / 07 May 2026
53
01:34 / 07 May 2026
105
00:58 / 07 May 2026
259
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.