14:20 / 06 May 2026
WUF13-ün proqramı açıqlanıb
WUF13
78
06.05.2026, 10:53
17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub.
WUF13 Əməliyyat Şirkətindən Oxu24.com-a verilən məlumata görə, sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.
Məlumatda deyilir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq: “Proqram praktik və həll yönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir”.
Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-events
Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması
Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:
• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?
• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası
• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı
• İqlim və mənzil siyasəti arasındakı əlaqə
• Mənzil təminatının sosial və iqtisadi təsiri
• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar
Həmçinin oxuyun
Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.
Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi
Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.
Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.
Buraya mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində, WUF13 ev sahibi ölkənin xüsusi sessiyası, sağlam evlərin nəbzi, Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya), şəhərlər oyun məkanı kimi, mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış, tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru, “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı, kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm və WUF13 xüsusi yekun sessiyası daxildir.
Assambleyalar: kollektiv səslərin gücü
Qeyd edilib ki, Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır: “Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.
Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcək”.
Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid
Forumda həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.
Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir: Vahid BMT, yerli və regional hökumətlər, biznes təşkilatları, qadınlar, əlilliyi olan şəxslər, parlament nümayəndələri, akademik dairələr, uşaqlar və gənclər, peşəkarlar, yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları, yerli xalqların hüquqları və yaşlı şəxslərin hüquqları.
Digər xəbərlər
4
14:17 / 06 May 2026
Bir pasiyent,bir həkim və geri dönüşü olmayan bir faciə ... ASİF NƏSİRLİNİN XATİRƏSİNƏ
7
14:03 / 06 May 2026
Milli Məclisdə bu rayonla bağlı MÜZAKİRƏ: Dəyişiklik gözlənilir
232
13:29 / 06 May 2026
Onların təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ
53
13:19 / 06 May 2026
LUX Residence-dən şikayət: 86 yaşlı qadının FƏRYADI
69
13:15 / 06 May 2026
"Dualar və ayinlər cəmiyyətin anladığı dildə aparılmalıdır" — İlahiyyatçı
52
13:00 / 06 May 2026
Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin
47
12:58 / 06 May 2026
Əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR GƏLDİ - RƏSMİ
128
12:56 / 06 May 2026
Uşağa görə bu ailələr ayda 140 manat ala bilər — QAYDASI
231
12:49 / 06 May 2026
Fermerlərə ŞAD XƏBƏR
39
12:48 / 06 May 2026
Həmin şəxs tutularaq Azərbaycana gətirildi
46
12:45 / 06 May 2026
Ağstafa xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib
46
12:32 / 06 May 2026
Tanınmış keçmiş hakim: “Ölüm faktına görə ona bəraət hökmü çıxardıq” – VİDEO
55
12:30 / 06 May 2026
Mərkəzi Bankın sədrindən mühüm AÇIQLAMA
54
12:27 / 06 May 2026
Mayın 7-də hava necə OLACAQ?
58
12:17 / 06 May 2026
Nazirdən yüksək vəzifəyə təyinat
184
12:10 / 06 May 2026
Mətbuatın fəaliyyətində Dövlət dəstəyinin rolu — TƏHLİL
248
11:58 / 06 May 2026
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
167
11:55 / 06 May 2026
Azərbaycana qar YAĞIR
49
11:47 / 06 May 2026
Çavuşoğlunun qardaşı güllələndi
66
11:42 / 06 May 2026
Azərbaycan üç yeni kamikadze dron istehsal edib
56
11:32 / 06 May 2026
Milli Onkologiya Mərkəzi həkimi ilə vidalaşır — FOTO
1062
11:16 / 06 May 2026
Ali Məhkəmə qərar qəbul edib
53