Onkoloq XƏBƏRDARLIQ EDİR: Xərçəng xəstəliyinə tutulduğumuzu necə bilməliyik?
13 Dekabr 2025, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
843
07.11.2023, 22:12
Dünyada böyrək problemi yaşayan insanların sayı elə də az deyil. Sadəcə, əksəriyyəti həmin problemlərin mövcudluğundan xəbərsizdir. Onlar simptomlar haqqında məlumatlı deyillər. Simptomlar bunlardır:
Tez yorulmaq. İnsan hər hansı adi işi görərkən belə, tez yorulur və özünü gücdən düşmüş kimi hiss edir.
Göz ətrafındakı şişkinlik. Bu, o deməkdir ki, böyrəklərdə maye yığılıb və həmin maye limfa damarları vasitəsilə gözlərə çatıb. Yəqin indi gözlərinizin önünə bu simptomlarla gün keçirən nə qədər adam gəldi, hə? Və siz öyrəndiklərinizi onlara anlatmağa tələsirsiniz? Tələsməyin, dediklərinizə inanmayanlar, hətta sizə hirslənənlər də tapılacaq. Onları məlumatlandırmaq üçün bu videonun linkini atsanız, ən yaxşısını etmiş olarsınız.
Ödəmlər və ya ayaqların alt hissəsindəki şişkinliklər. Bunlar böyrəklərinizin protein itirməsindən qaynaqlanır. Bəli, orqanizmdə zülal disbalansı yarandıqda hüceyrələrin ətrafına maye yığılmağa başlayır. Yerin cazibə qüvvəsinin təsirilə bu maye aşağıya-ayaqlarınıza tərəf çəkilir.
Gecə tez-tez sidiyə getmək. Düzdür, bu duruma diabet xəstələrində daha çox rast gəlinir, yenə də, bir çox problemlərin xəbərçisi saymaq olar. Məsələn; insulin müqaviməti. Bəli, insulin müqaviməti varsa, demək, böyrək təhlükədədir.
Sidikdə köpüklənmə. Təsəvvürünüzdə canlandırmaq üçün deyim: pivəni şüşədən stəkana tökəndə yaranan köpükləri görmüsünüz, hə? Baxın, sidikdə də eynən bu cür köpüklənmə yaranır. Səbəb sidikdə zülalın çox olmasıdır.
Yüksək təzyiq. Hərçənd, təzyiqin yüksəlməsi bir çox səbəblərdən baş verir, yenə də, böyrəklərin üsyanını nəzərə almaq lazımdır. Təzyiq mütəmadi olaraq yüksəlirsə, demək, böyrəklərdə xəsarət vardır.
Ürəkbulanma. Xüsusilə, səhər yuxudan oyandığınızda ürəyiniz bulanırsa, böyrəklərdəki hansısa problemin sürətlə irəliləməsindən şübhələnməyə dəyər. Yəni böyrəklər filtrləmə gücünü itirib, toksinlər orqanizmdən atılmaq əvəzinə, bütün gecə boyunca üst-üstə qalaqlanıb.
Ağızda metal dadı. Orqanizmdən xaric edilməyən toksinlər, adətən, qana qarışır. Qan dövranı vasitəsilə ağızdakı reseptorlara qədər gəlib çatır.
Həmçinin oxuyun
Uremik donma. Bu, o deməkdir ki, sidik turşusu tər vəziləri ilə dəriyədək gəlib çıxır. Dərinin üzərində sidik duzu kristallarını müşahidə etmək olur. Səbəb böyrəklərdə zülal mübadiləsinin pozulmasıdır.
İştahın azalması. Ağızda metal dadı, acqarına başlayan ürəkbulanmalar varsa, iştahın azalması normaldır. Lakin bir də var, ümumiyyətlə, yemək haqqında düşünməmək. Yox, fasiləli aclıqdan, ya da orucdan danışmıram. Söhbət günbəgün yeməklərdən iyrənmədən gedir. Əgər belə bir vəziyyət yaşayırsınızsa, həkimə müraciət edin və böyrəklərinizi müayinə etdirin.
Hazırda böyrəklərin müalicəsi 5 mərhələlidir. Əgər 5-ci mərhələyədək heç bir tədbir görülmədisə, hemodializ və ya böyrək köçürülməsi qaçınılmazdır. Dializ üçün həftədə bir neçə dəfə xəstəxanaya getməli, orada aparata qoşulmalısınız. Bu da həyat keyfiyyətinizi aşağı salmaqdan əlavə, həyat tərzinizi kökündən dəyişməyə də vadar edir.
Böyrək xəstəlikləri üçün mövcud tibbi müalicələr müəyyən simptomların aradan qaldırılmasına hesablanıb. İçilən dərmanların hamısının tərkibində toksin var. “Dərman bir yandan xeyir edirsə, o biri yandan ziyan edir” deyirlər ha, eynən bu vəziyyət yaranır! Simptomları aradan qaldırmaq üçün içilən dərmanlar böyrəkləri də, qaraciyəri də toksinlərlə yükləməyə davam edir. Bu da o deməkdir ki, mövcud problem azalmaq əvəzinə, get-gedə böyüyür.
İrəliləmiş böyrək xəstəliyi üçün heç bir müalicə yoxdur. Görülən bütün tədbirlər simptomların yönünü dəyişir, vəssalam! Qan təzyiqini stabilləşdirmək, qanda şəkərin səviyyəsini nizamlamaq üçün dərmanlar yazılır, ödəmlərin əmələ gəlməməsi üçün sidikqovucular içmək tövsiyə edilir. Bu gün sizə toksin tərkibli dərmanların alternativi olan təbii vasitələrdən danışacağam. Amma bəribaşdan deyim ki, tətbiq etməmişdən əvvəl həkiminizlə məsləhətləşməyiniz vacibdir.
23:47 / 13 Dekabr 2025
94
23:44 / 13 Dekabr 2025
17
23:30 / 13 Dekabr 2025
23
22:45 / 13 Dekabr 2025
150
22:30 / 13 Dekabr 2025
76
22:28 / 13 Dekabr 2025
85
22:22 / 13 Dekabr 2025
80
22:11 / 13 Dekabr 2025
169
21:58 / 13 Dekabr 2025
331
21:34 / 13 Dekabr 2025
888
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
94
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
330
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
568
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1032
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.