Qaynar xətt:

(+99450) 247 90 86

Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyun

Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyun

TİBB

2110

20.04.2018, 23:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Alimlərin 30 ölkədə apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən ox yayılan xəstəlik allergiyadır. Bir milyon insan arasında aparılan araşdırmada hər yüz insandan 22-sində bu xəstəlik aşkarlanıb. Allergiya xəstəliyinin tarixi tam qədim zamanlara gedib çıxır. Bu məşhur xəstəliyin ilkin izələrinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Tarixi uzun olsa da alimlər bu xəstəliyi XIX əsrdə aşkar etməyi bacarıblar. Onun müalicəsinə isə düz bir əsrdən sonra, yəni XX əsrdə başlanılıb.
Oxu24.com  bildirir ki, müasir dövrümüzdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayyət qədər çoxdur və onun sayı günü-gündən artmağa da davam edir. Allergiya nədir?
Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Allergiya yaz xəstəliydir. Allergiya özünü bir neçə formada göstərir. Bəzən elə olur ki, insan allergiyaya görə özünə nifrət edir. Allergiya nəticəsində onun dərisi daima səpir, qızarır. Allergiyanın bir neçə növləri var. Onun ən çox yayılan formaları isə allergik və xroniki rinitdir. Allergik rinit: Bu allergiyanın ən yüngül növüdür. Allergik rinitin əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq xəstədə fasiləsiz asqırmalar və burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün həmçinin gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları özünü yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulu olur və onlar qoxunu hiss etmirlər. Hətta xəstəlik irəlilədikdə xəstənin qulağı da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində həmçinin qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edir. Ancaq çölə çıxdıqda onların halı dəyişir, boğulma halları olur. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit xəstlərində xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsüm sonuna kimi özünü biruzə verir. Xroniki rinit: Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinitin bir fərqi var ki, o da allergik rinit sadəcə, yaz mövsümündə əlamətlərini biruzə verir. Ancaq xroniki rinitin əlamətləri ilin dörd fəslində öz əlamətlərini göstərir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda ev şəraitində onların halları ağırlaşır. Dəri allergiyası: Allergiyanın çox yayılan növlərindən biri də dəri allergiyasıdır. Dəri allergiyası zamanı dəridə şişlər, qızartılar, pilinqlər əmələ gəlir. Eyni zamanda dəri quruyur və çatlayır. Dəri allergiyası zamanı xəstə qaşınmadanda əziyyət çəkir. Allergiyanın yaranma səbəbləri Allergiyanın hər növünün yaranma səbəbləri müxtəlif olur.  Allergik rinitin yaranma səbəblərini öyrənmək üçün qol hissəsinə sınaqlar qoyulur. Bu sınaqların sayı 7-dən 21-ə kimi olur. Sınaqlar qolda bir neçə dəqiqə qalır. Bundan sonra o öz təsirini göstərir. Bu sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşir. Və ona qarşı xüsusi dərman preparatları ilə müalicələr aparılır. Onu da qeyd edək ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Həm də mövsüm vaxtı sınaqlardan istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırır. Və bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır. Yaz mövsümündə sadəcə, allergik rinitin qarşısı alınması üçün müalicə aparılır. Bununla yanaşı allergiya xəstəsinin gözləri də müalicə olunur. Çünki allergiya ən çox gözə ziyan vurur. Xroniki rinit xəstələrinə də sınaqlar qoyulur, bu sınaqlar vasitəsilə onun yaranma səbəbləri araşdırılır. Xroniki rinitin daşıyıcıları yun və tükdən uzaq durmalı, yalnız sintetik materialdan hazırlanan yataqda yatmalıdırlar. Belə xəstələrə daim təmiz havada gəzmək məsləhət görülür. Allergiyanın fəsadları: İnsanlar çox vaxt bu xəstəliyə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o keçib gedir. Allergiyaya qarşı müalicə aparılmadıqda bu rinit özünü daha kəskin göstərməyə başlayır və ağciyərə təsir edir. Hətta xəstəlik irəlilədikdə bronxiol astmaya çevrilə bilər. Bütün bunların qarşısını almaq üçün allergiya xəstələri vaxtlı vaxtında müalicə almalıdırlar. Düzdür çoxları allergiyanın nə demək olduğunu bilmirlər. Bu xəstəliyin ilkin əlamətləri qripdə olduğu kimidir. Elə buna görədə insanlar qrip olduqlarını hesab edim, allergiyaya önəm vermirlər. Ancaq bu hal uzun davam etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Bəzən elə olur ki, insanlar qripə qarşı olan antibiotiklərdən istifadə edirlər. Bu təhlükəlidir. Allergiyanın daha da irəliləməsinə səbəb olur. Bir çox xəstələr də var ki, onlar allergiyaya qarşı aparılan müalicəni sona çatdırmırlar. Xəstəliyin simptomlarının azaldığını görüb, sağaldıqlarını hesab edirlər. Ancaq allergiya xəstələri bunu bilməlidir ki, allergiya sağalmaz xəstəlikdir. Aparılan müalicələr xəstəliyin tamamilə yox olmasına deyil, onun irəliləməsinin qarşısını alınmasına kömək edir. Bəzən allergiya insana genetik yolla, anna xətti ilə keir. Ancaq bu allergiyanın irəliləmə ehtimalı çox azdır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

12:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

51

0
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

12:15 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

59

0
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

12:04 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

78

0
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

12:03 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

54

0
Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

12:00 / 05 Oktyabr 2026

TİBB TİBB

Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

72

0
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

11:55 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

73

0
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

11:50 / 05 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

61

0
Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

11:42 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

83

0
Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

11:39 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

64

0
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

11:31 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

58

0
Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

11:28 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

64

0
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

11:22 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

69

0