Deputat oğlunun işi üzrə YENİ DETAL
25 Oktyabr 2026, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
235
05.10.2026, 11:55
NOBELÇİ M.ŞOLOXOVU MÜALİCƏ EDƏN HƏKİM NƏLƏRDƏN DANIŞDI?!
30 ildən çoxdur tanıdığım, həmişə "doktor" deyə çağırdığım Nizami həkimlə bugünkü tədadüfi görüş və "nə var-nə yox" söhbəti çay mərasimi ilə davam etdi.
Oxu24.com xəbər verir ki,bu barədə professor Qulu Məhərrəmli paylaşım edib.
Professor yazır ki,Nizami Məmmədov ölkədə tanınmış mahir cərrahdır, nüfuzlu tibb alimi və bu sahə üzrə ixtiraçıdır. Bakıda Tibb institutunu bitirdikdən sonra uzun müddət Rusiyada həkimlik edib, 24-25 yaşlarından cərrahi əməliyyatlar aparıb, cərrahlıqda ilk müəllimi olan alman əsilli Ziqfrud Taubesdən "qanundan qorxsan yenilikçi olmayacaqsan" tövsiyyəsini alıb.
Taleyin hökmü ilə 1981-də Rostov vilayətinin Bokovski rayonunda çalışarkən o bölgə ilə qonşuluqda-Veşinskidə yaşayan məşhur yazıçı, Nobel mükafatı laureatı , əfsanəvi Mixail Şoloxovu da müayinə etməli, onunla dəfələrlə ünsiyyətdə bulunmalı olub. Özünü rus deyil, türk sayan böyük yazıçıdan "həyatda azadlığını heç nəyə dəyişmə" tövsiyəsini eşidib.
Doktor 90-cı illərdən sonra dəvətlə Azərbaycana qayıdıb, həkimliyini edib, yüzlərlə cərrahi əməıiyyat aparıb, dərs deyib, ixtiraçılığıını da davam etdirib. Hər işdə də təmənnasız və düz olub, çünki həmişə belə hesab edib ki, dürüst olmaq insan ləyaqətinin zirvəsidir.
Amma Nizami həkimin şikayətləri də var: məmur bürokratiyasından, təhsilin vəziyyətindən, hər yerdə qeyri-peşəkarların artmasından, elmə və istedadlı adamlara qayğısızlıqdan, özünə olan qısqanclıqdan, diqqətsizlikdən, yaxşılara qiymət verilməməsindən, vəzifə adamlarının təmənnalı olmasından. Məsələn, deyir ki, Azərbaycanda etdiyim " Enqid -N" adlı yeni qida texnolojisi ixtirama qiymət verilmir. "Mən bunun patentini almışam, 3 klinikada uğurla tətbiq etmişəm, amma heç kim dəyər verib kütləvi istehsala qol qoymaq istəmir. Bilmirəm ki, qorxaqdırlar, yoxsa umacaqları var? Halbuki bu xüsusi maddənin istehsalı minlərlə insana şəfa verər və kütləvi işlənən yeni qida məhsulu ola bilər"- deyə o bildirir.
Nizami həkim başqa şeylərdən də danışdı, cərrahiyyədəki yeni üsullardan, etdiyi sonuncu "bağırsaq keçməzliyi" əməliyyatından, üzərində işlədiyi immunitet gücləndirən preparatlardan bəhs etdi.
Doktor danışırdı... və mən üzləşdiyi çoxsaylı çətinliklərə baxmayaraq onun nikbinliyini itirməməsinə heyran olurdum... heç səsində də ümidsizlik yox idi...
UĞURLAR, DƏYƏRLİ DOKTOR!
Hazırladı: Nigar
20:15 / 25 Oktyabr 2026
69
19:30 / 25 Oktyabr 2026
705
19:02 / 25 Oktyabr 2026
166
16:35 / 25 Oktyabr 2026
79
16:05 / 25 Oktyabr 2026
106
15:37 / 25 Oktyabr 2026
490
15:34 / 25 Oktyabr 2026
86
15:19 / 25 Oktyabr 2026
105
15:08 / 25 Oktyabr 2026
115
15:05 / 25 Oktyabr 2026
109
14:36 / 25 Oktyabr 2026
102
14:15 / 25 Oktyabr 2026
717
14:00 / 25 Oktyabr 2026
267
13:50 / 25 Oktyabr 2026
391
13:50 / 25 Oktyabr 2026
85
13:35 / 25 Oktyabr 2026
190
13:18 / 25 Oktyabr 2026
1507
13:05 / 25 Oktyabr 2026
92
12:44 / 25 Oktyabr 2026
753
11:19 / 25 Oktyabr 2026
103
10:45 / 25 Oktyabr 2026
145
10:34 / 25 Oktyabr 2026
1043
07:01 / 25 Oktyabr 2026
308
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.