5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
382
05.10.2026, 10:57
Xəbər verdiyimiz kimi,bu gün 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
Bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur.
Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
Oxu24.com ömrünün 50 ilini elmə,təhsilə həsr etmiş müəllim barəsində məlumatı təqdim edir:
Ələsgərov Qulam oğlu Şahbazov 1949 - cu ildə Biləsuvar rayonu Aşağı - Cürəli kəndində anadan olub. 1973- cü ildə Azərbaycan Pedaqoji İnstitunu bitirib , elə həmin ildən də doğma kəndlərində müəllim kimi əmək fəaliyyətinə başlayıb.1982 - ci ildən 2019 - cu ilədək kənd orta məktəbində direktor işləyib.Ələsgər müəllimin direktor işlədiyi müddətdə məktəb özünün təhsildə qazandığı uğur və nailiyyətlərə görə rayonda ən nümunəvi , qabaqcıl məktəblərdən birinə çevrildi..Müxtəlif ali məktəblərlə yanaşı məzunlardan hərbi məktəblərə daxil olanların sayı isə daha çox olurdu...məktəbdə şagirdlər arasında hərbi vətənpərvərlik tərbiyəsinə daha çox fikir verildiyini desək yanılmarıq... Vətən Müharibəsi Qəhrəmanı, məktəbin məzunu Cavid Mahmudovun anım günündə Ələsgər müəllimin dediyi sözlər indiki kimi yadımdadır:" Məktəbimizin məzunlarının xoş sorağı biz müəllimləri valideynləri qədər sevindirir..ancaq bu gün əllidən çox məzunumuz Azərbaycan Ordusu sıralarında zabit kimi vətənə xidmət edir, Qələbə, Zəfərdə onların da payı vardır, biz onlarla fəxr edirik !"
Ömrünün 50 ilə yaxınını gənc nəslin təhsil, tərbiyəsinə həsr edən, uzun müddət məktəbin direktoru olmuş Ələsgər müəllim şərəfli müəllim adını həmişə uca tutduğuna, ən əsası dövlətə, millətə sədaqətlə xidmət etdiyinə görə rayon ictimaiyyəti arasında böyük hörmət və nüfuza malikdir.
Aşağı- Cürəli kənd orta məktəbin direktoru Ramil Hüseynlinin dediklərindən:" Mən direktorluğu Ələsgər müəllimdən təhvil almışam. Əlbətdə, o mənim müəllimim olmaqla bərabər sonralar onun rəhbərlyi altında bir kollektivdə işləmişəm... idarəetmədə böyük təcrübəsi olan Ələsgər müəllimdən öyrəndiklərim çoxdur..çalışıram ki, məktəb öz tarixi ənənəsini, iş prinsipini, səviyyəsini saxlasın. Bu ilki göstəricilərimiz buna bir daha əyani sübutdur.".
Ələsgər müəllim gözəl ailə başçısıdır. Oğlu Rabil müəllim Mil-Muğan Regional Təhsil İdarəsi rəisinin müavini, iki qızı isə müəllimədir.
Bu gün təqaüddə olan Ələsgər müəllimin 10 nəvəsi isə babalarının şərəfli həyat yoluna baxıb fəxr edir.
MÜƏLLİM GÜNÜN MÜBARƏK, ƏLƏSGƏR MÜƏLLİM !
Səlamət Biləsuvarlı
"QIZIL QƏLƏM" Media Mükafatı laureatı, AJB üzvü.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.