Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
310
05.10.2026, 11:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.
Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası", Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.
"Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.
Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.
Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Burada 178 nəfər daimi işlə təmin ediləcək.
Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.






23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.