Hər 10 kişidən 7-si həyatının bir dövründə erkən boşalma problemi ilə qarşılaşıb, yaxud hələ də bununla mübarizə aparır. Cinsəlliklə bağlı həkimlərə müraciət edənlərin çoxunun problemi erkən boşalmadır. Erkən boşalma kişinin boşalmaq istəməməsinə, yəni cinsi yaxınlığı davam etdirmək arzusuna rəğmən tam cinsi doyum yaşamadan öz iradəsindən kənar boşalması olaraq bilinir. Azərbaycanda da kişilər arasında bu cinsi problem çox yayılıb. Problemin aktuallığını nəzərə alaraq, Ailem.az uzman psixiatr Azər Bağırovun məqaləsini təqdim edir.
Erkən boşalma probleminin səbəbi haqqında səhv düşüncələrdən biri kişinin tez-tez masturbasiya ilə məşğul olmasıdır. Erkən boşalma psixoloji faktorlara bağlı olduğu kimi, fizioloji səbəbləri də ola bilər. Müalicə üçün həm psixoloji, həm də fizioloji müdaxiləyə ehtiyac ola bilər.
Erkən boşalmanın fizioloji səbəbləri
- Penis, prostat və testis (xaya) bölgəsindəki əzələ sisteminin kifayət qədər inkişaf etməmiş olması və bu səbəbdən boşalma refleksinin nəzarətinin itirməsi.
- Bio kimyəvi olaraq kişinin testesteron səviyyəsindəki problemlər.
- Testesteronun yüksək olması. Bu, boşalma refleksinin nəzarətini çətinləşdirərək erkən boşalmaya yol aça bilər.
- Həddindən çox içilmiş spirtli içki.
- Narkotik maddə qəbulu.
Bütün bunlar erkən boşalmanın fizioloji səbəbləri olaraq sadalana bilər.
Erkən boşalmanın psixoloji səbəbləri
- Yeniyetməlik dövründə heç kimin onu görməməsi üçün çox sürətli bir şəkildə masturbasiya ilə məşğul olub boşalması kişidə sonradan əzələ sisteminin buna öyrəşməsinə səbəb olur.
- Kişinin qadın bədəninə toxunmasında həddindən artıq həssas olması (toxunur-toxunmaz boşalması)
- Pul qarşılığında qadınlarla cinsi əlaqədə olmaq, kifayət qədər cinsi praktikanın olmaması, nəticədə travma yaşamaq və s.
- Kişinin həddindən artıq həyəcanlı olması (soyunmadan boşalmaq)
- Anksiyetə pozuntuları (panik atak, yayğın anksiyetə və s.)
- Keçmişdə masturbasiya edərkən biri tərəfindən yaxalanmaq, özünü günahkar hiss etmək
- Özünü kirlənmiş hiss etmək
- Cəza almaq qorxusu
- Cinsi istismara məruz qalmaq
- Digər psixoloji problemlər
- Çox ciddi bir ailədə böyümək
- Cinsi əlaqə haqqında səhv məlumatlı olmaq və cinsi miflər
- Cinsi əlaqə praktikasının olmaması
- Seks partnyoru ilə yaşadığı problemlər, qarşındakının cinsi davranışa pis münasibəti (günahlandırmaq)
- Seks əsnasında bacarıqlı olmadığını düşünmək
- Stressli həyat tərzi
Müalicəsi
Erkən boşalma problemi olan bir kişinin psixoterapiya ilə müalicə alması ən uğurlu və effektiv nəticə verə bilən üsuldur. Əgər pasient öz istəyi ilə psixoterapiyaya başlayırsa, erkən boşalma probleminin düzəlməsi yüzdə yüz izlənilir. Erkən boşalmanın müalicəsi üçün heç çəkinmədən mütəxəssisə müraciət etməklə, bu problemdən qurtularaq xoşbəxt cinsi həyata ilk addım atmış olacaqsınız.
Psixoterapiya metodu: Həkim göstərişi ilə pasientə görə düzənlənmiş davranış, məlumat və məşqlərdən ibarət kompleks müalicə metodudur. Ehtiyac olarsa, bu üsulla yanaşı pasientin keçmişinə, xüsusilə uşaqlıq illərilə bağlı psixoterapiyalar da aparıla bilər.
Əsaslı aparılan bir seansla bərabər, əgər pasient həkimdən aldığı məlumatları, öyrəndiklərini düzgün şəkildə tətbiq edərsə, 8-10 seansda erkən boşalma problemi ortadan qalxar. Yəni pasient erkən boşalmasını artıq kontrol edə biləcəyi bir vəziyyətə gəlir. Və bir dəfə öyrəndikdən sonra artıq bunu unutmadan davamlı tətbiq edə bilir.
Məsələn, üzməyi öyrəndiyimiz zaman bunu sonradan unuda bilərikmi?! Eyni şəkildə də seks əsnasında bir dəfə boşalmağı kontrol edə bildikdən sonra bunu davamlı olaraq tətbiq edib cinsi əlaqədən ikitərəfli zövq ala biləcəksiniz. Oxu24.com
ŞƏRHLƏR