Onkoloq XƏBƏRDARLIQ EDİR: Xərçəng xəstəliyinə tutulduğumuzu necə bilməliyik?
13 Dekabr 2025, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
4105
11.10.2022, 21:26
Paltar sabunu ekoloji cəhətdən təmiz, heyvan mənşəli və bitki tərkibli yağlardan hazırlanır. Bu sabun tam olaraq təhlükəsiz və zərərsizdir. Yəni, onun hazırlanmasında heç bir kimyəvi maddədən istifadə olunmur. Ondan həm ev işlərində, həm də müalicəvi məqsədlər üçün istifadə etmək olur.
Soyuqəymə, göbələk xəstəliyi, ağcaqanad dişləməsi, yağlı, kəpəkli saç dərisi, üzdə sızanaq, tər qoxusu, həmçinin viruslarla mübarizədə 72 faizlik sabunun effektiv təsir gücü var. Ondan həm böyüklər həm də uşaqlar da istifadə edə bilər. Hətta hamilə qadınlar üçün də bu sabun zərərsiz hesab edilir.
Ayaqda olan göbələyin çarəsi paltar sabunu imiş. Bir litr ilıq suya rəndələnmiş bir çay qaşığı paltar sabunu tökün. Bu qarışımı başqa bir qabda hazırladığınız isti suya əlavə edin. Suyun səviyyəsi topuğunuza kimi olsa kifayət edir. 20 dəqiqə ayaqlarınızı suda saxlayın. Sonra ayağınızı çıəxarıb qurulayın. Bu prosedurur 2-3 həftə hər gün edin. Hər dəfə ayağınızı quruladıqdan sonra göbələk olan hissəyə yox da vura bilərsiniz.
Viruslara qarşı paltar sabununun güclü təsiri var. Tərkibində olan interferon maddəsi yoluxucu xəstəliklərdən sizi qurtara bilər. Bunun üçün sabunu azca suda həll edib burnunuza sürtməlisiniz. Bu sizi ilk anda qıcıqlandıra bilər. Amma Çox da narahat olmağa dəyməz. Çünki burun dəliklərinədki bütün virusları məhv edəcək.
Paltar sabunu deyilənə görə sızanağa qarşı da effektivdir. Bunun üçün nə etməliyik? Bir çay qaşığı sabunu 200 milli suya əlavə edin. Köpüklənənə kimi qarışdırın. Əldə etdiyiniz məhluldan bir çay qaşığı götürüb, istənilən duz ilə qarışdırın. Sonda əldə etdiyiniz qarışımı yuyulmuş üz nahiyənizə çəkin. İlkin olaraq üzünüzdə qaşınma hiss edəcəksiniz. Buna görə narahatlıq keçirməyə dəyməz. Təbii müalicəvi bir prosesdir. Üzünüzə qoyduğunuz məhlülü yarım saat saxlayın. Prosedurun sonunda əvvəlcə isti, sonra isə soyuq su ilə üzünüzü yuyun. Sonra mütləq üzünüzə nəmləndirici krem vurun.
Prosedurur Həftədə 2-3 dəfə edə bilərsiniz. Lakin paltar subunu üzü həddindən artıq qurutduğu üçün bu proseduru uzun müddət etmək olmaz. Dərinizdə qırışlar yarana bilər. Lakin ona da bildirək kiI, bu sızanaqdan xilas olmaq üçün həll yolu deyil. Sabun üzü həddindən artıq qurutduğu üçün sızanaqların da qurumasına səbəb olur. Yaxşı olar ki, üzünüzdə sızanaq varsa, antibakterial tərkibli yağlardan, məsələn çayağacı yağıdan istifadə edəsiniz. Yağın istifadə qaydasıyla bağlı aşağıda şəhr böləsində videonun linkini paylaşacam.
Bildirilir ki, uzun və sıx saçlara sahib olmaq və yaxud da kəpəkdən xilas olmaq istəyirsənsə,72 fazilik paltar sabunundan istifadə edə bilərsiniz. Saçınızı əvvəlcə şampun, sonra sabunla yuyun. Lakin bu sabunu sacın dibinə birbaşa sürtmək olmaz. Saçlarımızı zədələyər. sabunun bir hissəsini suda əzib, məhlul halına saldıqdan sonra saçlarımıza vura bilərik.
Bəs həqiqətənmi bu sabun saçlarımıza yaxşı təsir göstərir?
Həmçinin oxuyun
Tərkibində qeyd etdiyim kimi kiyəvi maddə olmaması saç üçün yaxşıdır. Lakin bu sabun saç dibindəki bütün yağları, hətta saça lazım olan yağları da yuyur. Onun tərkibində qaşınma və saç quruluşuna mənfi təsir göstərən bir çox maddələr var. Lakin siz saçınızı bu sabunla yuduqdan sonra saçınıza azca limon suyu , yaxud sirkə qatılmış su ilə durulasanız, rahatlıqla paltar sabunuyla saçınızı yuya bilərsiniz. Qeyd edim ki, sirkədən çox istifadə etmək olmaz. Bir litr suya 1 çay qaşığından artıq sirkə tökmək olmaz. Bu şəkildə saçınızı həftə 2 dəfə yusanız kifayət edər.
Hamam qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış dərinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər. Lakin çalışın ki bu sabunla çimdikdən sonra bədəninizə nəmləndirici krem vurasınız. Çünki bu sabun dərini qurutmaqla yanaşı, ona lazım olan yağların belə yuyuluib aparılmasına səbəb olur.
Dabanınızda çatlar varsa, 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtkəcdən keçirilmiş paltar sabununu qarışdırıb vanna edin. Ayağınızı bu suda 15-20 dəqiqə saxladıqdan sonra çıxarıb, dabanlarınıza vazelin vurun. Sonra isə corab geyinib yatın. Dabanınızdakı çatlar bir neçə günə yoxa çıxacaq.
Günəşdən yanan dərinizə paltar sabunu sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və dərinizin uçuqlamasına imkan verməyəcək.
Bir çox evdar qadın bu gün 72 faizlik sabunla yüngül corabları və kətanları yumaq üçün istifadə edir, çünki sabun əla ağardıcı təsir göstərir. Onun köpüyü paltardan çıxmayan çirklərlə yaxşı mübarizə aparır və paltara zərər vermir, əsas rəngini korlamır. Hətta körpə paltarları sabunla yuyula bilər. Bu sabunla yuyulan paltar zərif dərini qıcıqlandırmır və allergiyaya səbəb olmur.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.