Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69011
az

Prostatiti sağaldan TƏBİİ DƏRMAN - Yalnız bu rayonda  BİTİR

19:2901 May, 2022
5884
TİBB
  • A

Bu bahalı bitkini Xaçmaz və Şabran rayonlarının meşəliklərindən, mart ayının oratalarında başlayaraq toplamaq olar. Kiloqramı quzu ətindən baha, faydası saymaqla bitməyən bu bitkinin adı nədir? Bu gün bir bax kanalında bunu biləcəksiniz.

 

Hazırda quzuqarnı adlı tanınan göbələyin yığım mövsümüdür. Bir çoxunun adını belə eşitmədiyi quzuqarnını meşəliklərdən toplamaq olar. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir. Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, bunun da öz çətinliyi var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram quzuqarnı toplamaq olar.


Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra bir neçə dəqiqə suda qaynadılır. Sonra xırda doğranmış soğanla birlikdə qovurulur. Bişdikdən sonra üzərinə yumurta vurularaq süfrəyə verilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.


Quzuqarnının rəngi yarpaqlardan seçilmir. Buna görə də toplamaq çətindir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun daha çox bitdiyi yerləri bilirik. Meşədə əsasən qovaq ağaclarının altında bitir. Xaçmazda, Şabranda daha çox yığılır. Bazardan və ya yolun kənarında səyyar satıcılardan almaq olar. Quzuqarnı quzu ətindən bahadır. Bu isə onun yığılmasının çətin olması ilə əlaqədardır.

Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Nadir tapılan quzuqarnı göbələyinin faydası saymaqla bitmir.
 
•    Orqanizmin müqavimətini artırır
•    Qan təzyiqi tənzimləyir
•    Xərçəngdən qoruyur
•    İmmuniteti gücləndirir
•    Anemiyaya yaxşı təsir edir
•    Diabetdə müsbət təsiri var
•    Görməni yaxşılaşdırır
•    Qaraciyərin funksiyasını stimullaşdırır


Qida dəyəri yüksəkdir. Tərkibində B1, B2 və C vitaminləri boldur. Yüksək miqdarda Kalsium, Natrium, Sink və Kalium ehtiva edir. Quzuqarnı göbələyi immunitet sistemini gücləndirir. Davamlı yeyildikdə orqanizmi bütün zərərli mikroorqanizmlərdən qoruyur.


Qan azlığı olan anemiya xəstəliyinin müalicəsində olduqca təsirlidir. Orqanizmdə dəmir çatışmazlığının səbəb olduğu qan azlığı uzun müddət davam etdikdə ağır nəticələrə səbəb olur. Dərman müalicəsi ilə yanaşı quzuqarnı yemək labüddür. Çünki bəhs edilən xəstəliyin müalicəsində faydalı qida vasitəsidir.


Quzuqarnı göbələyinin tərkibindəki Niasin, yəni B3 vitamini və Selen elementi xərçəngə qarşı böyük təsirə malikdir. Bu maddələr xüsusi ilə prostat xərçəngini önləyir. Prostat xərçəngi riski olanların quzuqarnı yemələri tövsiyə olunur.

ŞƏKƏRLİ DİABETƏ YAXŞI TƏSİR EDİR
Diabetdən əziyyət çəkənlər üçün ən yaxşı qida vasitələrindən biri məhz quzuqarnıdır. Ən təbii üsul olan quzuqarnı, qandakı şəkəri balansda saxlayır.  

Quzuqarnı bəzən qəbiristanlıq və pir olan ərazilərdə də tapılır. Lakin bu ərazidə çıxan quzuqarnı torpaqda olan həmin xəstəliyin daşıyıcısı ola bilir. Buna görə də yediyimiz istənilən meyvə, tərəvəz və göbələyin yetişdiyi ərazilərə diqqət olunmalıdır.

Tapılması olduqca çətin olsa da quzuqarnıya tələbat böyükdür. Dadı damaqlarda qalan bu bitki ilə bağlı bir sıra maraqlı məqamlar da var. Bu göbələk növünü istixana şəraitində yetişdirmək qeyri-mümkündür və quzuqarnı gözlə görüldükdə inkişafdan qalır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Apreldə hansı qidaları yemək lazımdır? - SİYAHI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü