Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu 

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu 

KRİMİNAL

131

29.10.2026, 09:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb.

Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonra şantaj etməklə 17 000 manat pulunu ələ keçirdiyini bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Araz Babayev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Araz Babayev borc öhdəliklərindən yayınmaq məqsədilə, borclu olduğu şəxsləri müxtəlif üsullarla şantaj edirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.