Narkotik və alkoqol qara ciyəri necə məhv edir? – Nevroloq AÇQILADI
20 May 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
760
06.09.2020, 20:33
İnsan orqanizminin yarı hissəsinin sudan ibarət olduğu hamıya məlumdur. Məhz buna görə də suya olan tələbatını ödəmək üçün gün ərzində çoxlu su içmək lazımdır.
Oxu24.com bildirir ki, dietoloq Reyhan Cabbarlının Lent.az-a dediyinə görə, təbii qazlı və qazsız mədən suları tərkibindəki minerallar baxımından çox yüksək faydalara sahibdir:
"Faydalara başlamadan gündə içilə biləcək miqdarı demək lazımdır ki, faydalara baxıb sağlamlığımızı risqə atmayaq. Günlük 200-250 millilitr uyğun miqdardır. Tərkibindəki minerallardan ən önəmliləri: kalsium, magnezium, florür, sodium, potasium, kükürt, dəmir və başqalarıdır. Yüksək kalsium və florür sayəsində sümük ərimələrindən, diş səthi zəifliyindən qoruyur. Keçmiş zamanlarda insanların daha sağlam olma səbəblərindən biri də təbii mədən suları içmək göstərilə bilər. Sodium qan təzyiqini yüksəltdiyi üçün qan təzyiqi aşağı olan insanlara məsləhət görülür. Əgər yüksək təzyiqiniz varsa, bu sulara limon suyu əlavə edərək içməyi məsləhət görürəm. Eyni zamanda heç bir təzyiq problemi olmayan yetkinlik çağı uşaqların və hamilələrin də təbii mədən suyu içməyi faydalıdır. Həzimsizlik, bulantı problemləri zamanı ən yaxşı içki kimi məhz bunları göstərmək olar".
Dietoloq bildirir ki, dünyada ən çox mədən sularının istifadəsi idmançıların qəbulu üçün önəmli görülür:
"Məşq zamanı tərlə birgə itirilən yüksək mineralların böyük bir qismi 250-500 ml mədən suyu ilə bərpa edilə bilər. Ancaq qazlı mədən suları yarışlar öncəsi qaz edə bilmə riskinə görə içilməz, qazsız və ya az qazlı mədən suları istifadə edilər".
Reyhan Cabbarlının sözlərinə görə, ancaq bu faydalar bütün mədən sularında olmaya bilər:
"Şüşə qablardakı mədən suları mineral tərkibini itirmir. Fikir versəniz, şüşə qablardakı mədən sularının qablarının rənginin tünd olduğunu görəcəksiz. Bu, Günəş şüası ilə təmasda mineral itirilməsini minimuma endirmək üşün edilən bir şeydir. Qısaca zərərləri haqqında da məlumat vermək istəyərdim: sağlam insanlar üçün uyğun miqdarda içildikdə bir zərəri yoxdur. Ancaq, böyrək xəstəliklərində, ən çox da dializ xəstələrində böyük risqdir".
Sonda qeyd edək ki, mədən sularının kalorisi yoxdur. Buna görə də pəhriz saxlayanlar istənilən qədər qəbul edə bilər. Bədəndə olan lazımsız duzların təmizlənməsinə kömək olur. Üzdə yaranan qırışları azaldır. Hamilə qadınların istifadə etməsində fayda var. Çünki qidaların daha rahat və sürətli həzm prosesinə yardım edir. Enerji bərpasını təmin edir. Buna görə də çalışın ki, gündəlik maye qəbulunuzda mədən sularına yer ayırasınız.
Həmçinin oxuyun
20:19 / 20 May 2026
8
20:17 / 20 May 2026
1
20:09 / 20 May 2026
33
19:54 / 20 May 2026
36
19:40 / 20 May 2026
138
19:29 / 20 May 2026
68
19:18 / 20 May 2026
70
19:09 / 20 May 2026
133
18:46 / 20 May 2026
260
18:40 / 20 May 2026
167
18:23 / 20 May 2026
168
18:16 / 20 May 2026
190
18:05 / 20 May 2026
198
17:50 / 20 May 2026
74
17:48 / 20 May 2026
137
17:10 / 20 May 2026
77
17:03 / 20 May 2026
111
17:00 / 20 May 2026
75
16:39 / 20 May 2026
92
16:34 / 20 May 2026
450
16:31 / 20 May 2026
83
16:21 / 20 May 2026
191
16:19 / 20 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.