Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3557
az

Zob xəstəliyini sağaldan SEHRLİ VASİTƏ

00:0911 İyul, 2018
1043
TİBB
  • A
Qalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir.

Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin mübadiləsini təmin edir.

Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümüklərin uzunmasını təmin edir. Sinir sisteminin normal inkişafını və fəaliyyətini təmin edir. Bir sözlə, orqanizmdə bir çox mühüm prosesləri yerinə yetirir və fizioloji proseslərə təsir edir.

Milli.Az publika.az-a istinadən qalxanabənzər vəzinin ciddi xəstəliklərin inkişafının qarşısını alan və orqanizmində yod ehtiyatı artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resept təklif edir.

Qalxanabənzər vəzinin iki tip xəstəliyi var:

Hipertireoz qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir:

- Ürək döyüntüsünün artması

- Bağırsaq fəaliyyətinin pozulması

- Yorğunluq

- Narahatlıq və əsəbilik

- Menstruasiya problemləri

- İstilik hissi

- Çəki itkisi

- Hədsiz tərləmə

- Yuxu pozulması

- Diqqət pozunluğu

- Unutqanlıq

Hipotireoz qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən yayılmış əlamətləri:

- Qıcolmalar

- Dırnaqların qırılması

- Depressiya

- Çəki artması

- Qəbizlik

- Yorğunluq

- Dəri və baş dərisinin quruluğu

- Menstrual tsiklin pozulması

- Unutqanlıq

Qalxanabənzər vəzinin funksiyasını tənzimləməyə qadir olan təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.

İnqrediyentlər:

- Təzə yetişmiş 40 qoz tumu

- 1 kq duru təbii bal

Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə gizlədin. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Bakıda 15 yaşlı oğlan     itkin         düşdü