İranın neft naziri istefa verdi
04 Oktyabr 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
850
24.12.2025, 23:06
Oxu24.com tarixi faktları təqdim etməkdə davam edir.
Bu dəfə təqdim edəcəyimiz məlumat Bakı Dövlət Universitetinin ilk rektoru ilə bağlıdır.
Vasili İvanoviç Razumovski 8 aprel 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Buzuluk dairəsinin Yefimovka kəndində doğulub.(İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu).
1880-ci ildə Kazan Universitetini bitirib.
1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olub.
1893-cü ildə ilk dəfə olaraq Mineralnıye Vodıya turist kimi gəlib.1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah-konsultant işləməyə başlayıb.1896–1898-ci illərdə Jeleznovodskda çalışıb. Daha sonra Pyatiqorskda doktor Rjaksinskinin şəxsi klinikasında işləyib. Razumovski 1909-1912-ci illərdə Rusiya İmperiyası Saratov universitetinin banilərindən biri və ilk rektoru olub.O, həmçinin Tbilisi Dövlət Universitetinin (1918) rektoru, habelə Bakı Dövlət Universitetinin ilk rektoru (1919). BDU-nun yaradılmasında onun böyük əməyi olub.
Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 8 sentyabr 1919-cu il tarixli sərəncamında deyilir:
"Universitet komissiyasının yekdil qərarı ilə əməkdar professor Razumovski Bakı Dövlət Universitetinin rektoru, Patoloji Anatomiya kafedrasının professoru İvan Şirokoqorov isə Tibb Fakültəsinin dekanı təyin edilsin." Yeri gəlmişkən, qeyd edək ki, İvan Şirokoqorov da 1920-1921-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub.
1920-ci ildən sonra professor Razumovski Saratov universitetinə qayıdır və 1930-cu ilədək həmin universitetdə çalışır.
1930-cu ildə pedaqoji fəaliyyətini dayandıraraq sırf həkimlik fəaliyyəti və təşkilati işlərlə məşğul olmağa başlayır.
150-dən artıq elmi əsərin müəllifi olan V.Razumovski 7 aprel 1935-ci ildə Yessentuki şəhərində vəfat edib. Qəbri şəhərin Qardaşlıq qəbiristanlığındadır. 1990-cı illərdə qəbrinin üstündəki barelyefi oğurlanmışdı. 2012-ci ildə Saratov universitetinin təşkilatçılığı ilə barelyef yenidən bərpa edilib...
Hazırladı: Namiq Həsənov
22:15 / 04 Oktyabr 2026
31
22:02 / 04 Oktyabr 2026
45
21:54 / 04 Oktyabr 2026
150
21:07 / 04 Oktyabr 2026
112
20:53 / 04 Oktyabr 2026
75
20:43 / 04 Oktyabr 2026
65
20:21 / 04 Oktyabr 2026
64
20:06 / 04 Oktyabr 2026
117
19:55 / 04 Oktyabr 2026
76
19:44 / 04 Oktyabr 2026
236
19:23 / 04 Oktyabr 2026
72
19:16 / 04 Oktyabr 2026
129
19:09 / 04 Oktyabr 2026
123
18:44 / 04 Oktyabr 2026
109
18:34 / 04 Oktyabr 2026
80
17:50 / 04 Oktyabr 2026
107
17:45 / 04 Oktyabr 2026
99
17:35 / 04 Oktyabr 2026
106
17:30 / 04 Oktyabr 2026
659
17:23 / 04 Oktyabr 2026
622
17:20 / 04 Oktyabr 2026
70
16:58 / 04 Oktyabr 2026
3616
16:56 / 04 Oktyabr 2026
536
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.