İranın neft naziri istefa verdi
04 Oktyabr 2026, 22:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
916
24.12.2025, 19:20
"Türkiyə, Cənubi Koreya və İsrail kimi ölkələrdə həkimlər üçün tətbiq olunan müasir hərbi xidmət modeli beynəlxalq təcrübəyə uyğundur və bu yanaşmanın Azərbaycanda da nəzərdən keçirilməsi məqsədəuyğun olardı".
Milli.Az xəbər verir ki, bunu Deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin ölkələrdə həkimlərin hərbi xidməti qısa müddətli, maaşlı və peşə ixtisaslarına uyğun şəkildə təşkil edilir ki, bu da klassik çağırış sistemindən daha səmərəli peşəkar xidmət modelinə keçid imkanı yaradır. Deputat vurğulayıb ki, bu cür dəyişikliklər qanunvericilikdə də əksini tapmalıdır.
Rəşad Mahmudov qeyd edib ki, təklifin əsas məqsədi hər hansı bir qrupa güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha rasional formada qarşılamaqdır. Bu yanaşma nəticəsində ordu real tibbi xidmət əldə edəcək, dövlət isə yüksək ixtisaslı kadrlarını itirmədən könüllülük və motivasiya prinsiplərini gücləndirmiş olacaq.
O, statistik məlumatlara da diqqət çəkərək bildirib ki, tibb təhsili alan gənclərin xaricə üz tutmasının əsas səbəblərindən biri peşə bacarıqlarını itirməmək istəyidir. Statistikaya əsasən, onların çox az hissəsi hərbi xidmətə cəlb olunur, böyük əksəriyyəti isə xarici ölkələrdə təhsilini və fəaliyyətini davam etdirir.
Deputat hesab edir ki, bu məsələ gələcəkdə aidiyyəti dövlət qurumları səviyyəsində ciddi şəkildə müzakirə olunmalıdır. Onun fikrincə, irəli sürülən dəyişikliklər həm milli təhlükəsizlik maraqlarına, həm səhiyyə sisteminin davamlı inkişafına, həm də müasir dövlət idarəçiliyinin prinsiplərinə tam uyğun gəlir.
22:50 / 04 Oktyabr 2026
5
22:15 / 04 Oktyabr 2026
58
22:02 / 04 Oktyabr 2026
64
21:54 / 04 Oktyabr 2026
239
21:07 / 04 Oktyabr 2026
176
20:53 / 04 Oktyabr 2026
91
20:43 / 04 Oktyabr 2026
75
20:21 / 04 Oktyabr 2026
72
20:06 / 04 Oktyabr 2026
145
19:55 / 04 Oktyabr 2026
81
19:44 / 04 Oktyabr 2026
275
19:23 / 04 Oktyabr 2026
75
19:16 / 04 Oktyabr 2026
140
19:09 / 04 Oktyabr 2026
136
18:44 / 04 Oktyabr 2026
114
18:34 / 04 Oktyabr 2026
84
17:50 / 04 Oktyabr 2026
115
17:45 / 04 Oktyabr 2026
104
17:35 / 04 Oktyabr 2026
111
17:30 / 04 Oktyabr 2026
686
17:23 / 04 Oktyabr 2026
707
17:20 / 04 Oktyabr 2026
71
16:58 / 04 Oktyabr 2026
3866
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.