Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
900
24.12.2025, 22:41
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu nikahın bağlanması zamanı tələb olunan rüsumla bağlıdır.
Nikah bağlanması neçəyədir?
Hazırki qanuna əsasən,nikahın bağlanmasının dövlət rüsumu 10 manatdır.
Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.
Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.
Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Nikahın bağlanma qaydası Ailə Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Jalə
10:50 / 15 Noyabr 2026
35
10:25 / 15 Noyabr 2026
162
10:21 / 15 Noyabr 2026
77
10:18 / 15 Noyabr 2026
74
10:12 / 15 Noyabr 2026
99
09:35 / 15 Noyabr 2026
370
07:35 / 15 Noyabr 2026
131
05:50 / 15 Noyabr 2026
132
01:35 / 15 Noyabr 2026
149
01:10 / 15 Noyabr 2026
161
23:59 / 14 Noyabr 2026
349
23:51 / 14 Noyabr 2026
191
23:47 / 14 Noyabr 2026
207
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
513
23:16 / 14 Noyabr 2026
170
23:05 / 14 Noyabr 2026
721
23:01 / 14 Noyabr 2026
550
22:28 / 14 Noyabr 2026
1395
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
199
21:22 / 14 Noyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.