İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı
03 Avqust 2026, 15:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2926
24.12.2025, 22:28
Son günlər ölkə iqtisadiyyatına zərər vurmaq məqsədilə ayrı-ayrı şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə müxtəlif məhsulların ölkəyə gətirilməsi, onların qanunsuz satışı və digər oxşar əməllərlə bağlı hüquq mühafizə orqanları tərəfindən kompleks və sistemli tədbirlər həyata keçirir.
Mövcud məsələ ilə əlaqədar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu, “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun həbs olunması və digər qardaşı oğlunun vəzifədən uzaqlaşdırılması ictimaiyyətdə böyük şok effekti yaradıb. Bu, artıq “toxunulmaz” sayılan şəxslərə də növbə çatdığı mesajını verir və dövlət əmlakını talayan hər kəsin qanun qarşısında cavabdeh olacağını açıq şəkildə nümayiş etdirir.
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında keçirilən əməliyyat göstərir ki, hüquq-mühafizə orqanları işlərini dərinləşdirərək yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilə biləcəyini nümayiş etdirir. Bu proses eyni zamanda Azərbaycanda dövləti sarmış qohumbazlıq, tayfabazlıq sisteminin zəifləməsinə və çöküşünə xidmət edə bilər. Prezident İlham Əliyevin iradəsi, qanunun aliliyi və dövlət maraqlarının üstünlüyü bu əməliyyatlarda açıq şəkildə əks olunub.
Oxu24.com xəbər verir ki,bənzər anti-korrupsiya əməliyyatlarına 2022-ci ilin noyabrında Naxçıvan MR-da Vasif Talıbov və tayfasına qarşı keçirilən tədbirlərdə də rast gəlinmişdi. Hazırda aparılan əməliyyatlar da sistemli mübarizənin davamlı olduğunu göstərir.
Ruslan Eyyubovun həbsi, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubovun işdən çıxarılması ölkədə yeni dönəmin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Azərbaycan hakimiyyətinə ən yaxın şəxslərdən biri hesab edilən Bəylər Eyyubovun bir qardaşı oğlunun həbs olunması, digərinin isə vəzifədən uzaqlaşdırılması cəmiyyətə çox ciddi mesajlar verir:
“Bu hadisə Azərbaycanda heç kimin mənsub olduğu ailədən və ya daşıdığı soyaddan asılı olmayaraq toxunulmaz olmadığını açıq şəkildə nümayiş etdirir. Əslində, dövlətin maraqlarına zidd hərəkət edən, qanunu pozan hər kəs məsuliyyətə cəlb olunmalıdır və olunur. Baxın, monqol-tatar dövründə Çingiz xanın sərkərdələrindən biri olan Sabutayla bağlı hadisə bütün imperiya üçün ibrət dərsi olmuşdu. Həmin nümunə göstərirdi ki, hətta hökmdarın ən yaxın adamları belə qanun qarşısında üstün mövqeyə malik deyillər”.
Eyyubovlarla bağlı əməliyyat niyə indi keçirildi? – Mühüm səbəblər açıqlandı
Siyasi şərhçinin fikrincə, güclü dövlət anlayışı da məhz buradan başlayır: “Dövlətə qarşı cinayət varsa, heç kim bağışlanmamalıdır. Bəylər Eyyubovun qardaşı oğullarına göstərilən bu münasibət dövlət əmlakını mənimsəyən və qanunları ciddi şəkildə pozan hər kəs üçün presedent olmalıdır. Oxşar hüquqi yanaşma Vasif Talıbovun ailə üzvlərinə münasibətdə də tətbiq edilməli, cinayət törətmiş şəxslər cəzadan kənarda qalmamalıdır”.
İqtisadçı Natiq Cəfərli isə məsələyə daha çox struktur islahatları prizmasından yanaşıb:
“Bu prosesdə diqqət çəkən əsas məqam gömrük sisteminin mövcud fəaliyyət modelidir. Gömrük orqanları indiki formada ləğv edilməli, hərbi rütbələrdən imtina olunmalı və bu qurum ayrıca struktur kimi deyil, İqtisadiyyat və ya Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərməlidir”.
Eyyubovlarla bağlı əməliyyat niyə indi keçirildi? – Mühüm səbəblər açıqlandı
İqtisadçı qeyd edib ki, son həbslər yeni bir mərhələnin başlanğıcı ola bilər, lakin bu, dövlətin gələcək siyasi iradəsindən asılıdır:
“Fikrimcə, əvvəlki illərdə də oxşar həbslər baş verib, amma onların dərin struktur islahatlarına gətirib çıxardığını görməmişik. Buna baxmayaraq, ölkənin bütün strukturlarında davamlı və sistemli təmizləmə əməliyyatlarının aparılması vacibdir. Xüsusilə Dövlət Gömrük Komitəsi ilə bağlı strateji qərarların qəbul olunmasını zəruri hesab edirəm”.
13:30 / 04 Avqust 2026
2
13:10 / 04 Avqust 2026
34
13:02 / 04 Avqust 2026
40
13:00 / 04 Avqust 2026
51
12:59 / 04 Avqust 2026
51
12:58 / 04 Avqust 2026
43
12:47 / 04 Avqust 2026
65
12:45 / 04 Avqust 2026
59
12:40 / 04 Avqust 2026
60
12:24 / 04 Avqust 2026
73
12:08 / 04 Avqust 2026
90
11:58 / 04 Avqust 2026
98
11:50 / 04 Avqust 2026
71
11:47 / 04 Avqust 2026
74
11:35 / 04 Avqust 2026
77
11:34 / 04 Avqust 2026
623
11:25 / 04 Avqust 2026
68
11:14 / 04 Avqust 2026
161
11:13 / 04 Avqust 2026
68
11:03 / 04 Avqust 2026
87
11:00 / 04 Avqust 2026
97
10:58 / 04 Avqust 2026
459
10:50 / 04 Avqust 2026
262
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.