Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər 

ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər 

CƏMİYYƏT

2472

24.12.2025, 20:15

Yaponiyada dövlət pensiya sistemi ilə yanaşı yaşlı əhali üçün əlavə sosial dəstək mexanizmlərinin mövcudluğu bu kateqoriyanın rifahının qorunmasına xidmət edir. Belə ki, müntəzəm pensiya ödənişlərinə əlavə olaraq sosial bonuslar, birdəfəlik yardımlar və kommunal xidmətlərdə güzəştlər tətbiq olunur. Bu yanaşmanın Azərbaycanda da tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusudur.

Oxu24.com   xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanda pensiyaçılara münasibətdə pensiya məbləğindən əlavə müəyyən sosial dəstək təcrübələri artıq mövcuddur. Onun sözlərinə görə, buna nümunə olaraq pensiyaçıların icbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsini göstərmək olar:

“İcbari tibbi sığorta mexanizmi pensiya sistemindən sonra formalaşıb. Əgər bu məsələ qanunvericilikdə əksini tapmasaydı, pensiyaçılar hər il təxminən 200 manat məbləğində sığorta haqqı ödəməli olacaqdılar. Hazırda isə bu yük dövlət tərəfindən qarşılanır”.

İqtisadçı xatırladıb ki, 2022-ci ildə inflyasiya göstəricilərinin yüksək olması fonunda pensiyaların indeksləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib və pensiyaçılara birdəfəlik əlavə dəstək göstərilib:

“Həmin il pensiyaçılara ümumilikdə 200 manat məbləğində – rüblər üzrə 50 manat olmaqla əlavə bonus verildi. Sonradan bu məbləğ pensiyanın əsas hissəsinə daxil edilərək indeksləşdirilmə yolu ilə artırılmağa davam etdirildi”.

Rəşad Həsənovun sözlərinə görə, müxtəlif dövrlərdə pensiyaçılara birdəfəlik maddi yardımların verilməsi ilə bağlı da qərarlar qəbul olunub. Xüsusilə minimum pensiya alan, azgəlirli və tək yaşayan şəxslər üçün davamlı sosial dəstək mexanizmlərinin yaradılması mühüm çağırışdır:

“Şəhər yerlərində yaşayış xərcləri kifayət qədər yüksəkdir. Minimum pensiya məbləği ilə bu xərcləri qarşılamaq çətindir. Bu baxımdan davamlı bonuslar və maddi yardımlar ahıllıq dövründə insanların rifahının daha yüksək səviyyədə təmin olunmasına imkan yarada bilər”.

Lakin iqtisadçı yaxın perspektivdə Yaponiyadakı kimi davamlı sosial bonus mexanizmlərinin tətbiqinin çətin olduğunu da vurğulayıb. Onun fikrincə, aidiyyəti qurumlar bu məsələdə daha mühafizəkar mövqe nümayiş etdirir:

“Əsas narahatlıq pensiya sisteminin gəlirlərinin xərcləri ödəməməsi ilə bağlıdır. Demoqrafik strukturun dəyişməsi fonunda uzunmüddətli maliyyə risklərinin artacağı ehtimalı bu sahədə ehtiyatlı davranılmasına səbəb olur. Bu yanaşmanı nəzərə alsaq, qısa müddətdə davamlı əlavə dəstək mexanizmlərinin tətbiq ediləcəyini düşünmürəm”.

Beləliklə, ekspertlərin fikrincə, Azərbaycanda pensiyaçılar üçün əlavə sosial dəstək təcrübələri mövcud olsa da, Yaponiyadakı kimi sistemli və davamlı sosial bonusların tətbiqi hələlik real görünmür.

Sol qolda ağrı hər zaman ürək xəstəliyinin əlamətidirmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ  

12:59 / 04 Avqust 2026

TİBB TİBB

Sol qolda ağrı hər zaman ürək xəstəliyinin əlamətidirmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ  

75

0
Ordubadın icra başçısı dəyişib 

12:58 / 04 Avqust 2026

SİYASƏT SİYASƏT

Ordubadın icra başçısı dəyişib 

60

0
Pensiyalarla bağlı SON DƏQİQƏ xəbəri 

12:47 / 04 Avqust 2026

SİYASƏT SİYASƏT

Pensiyalarla bağlı SON DƏQİQƏ xəbəri 

95

0
Bakıda qəza oldu, qadın sürücü...

12:45 / 04 Avqust 2026

SİYASƏT SİYASƏT

Bakıda qəza oldu, qadın sürücü...

68

0
“HAVELSAN”-ın yeni proqramı Azərbaycan HHQ-yə nə qazandıracaq? – Hərbi ekspertdən AÇIQLAMA  

12:40 / 04 Avqust 2026

HƏRBİ HƏRBİ

“HAVELSAN”-ın yeni proqramı Azərbaycan HHQ-yə nə qazandıracaq? – Hərbi ekspertdən AÇIQLAMA  

70

0
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək: Təhlükəsizlik üçün ölkədə nə dəyişməlidir?   

12:24 / 04 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək: Təhlükəsizlik üçün ölkədə nə dəyişməlidir?   

81

0
Milli Məclisin sabiq əməkdaşı vəfat etdi - FOTO 

12:08 / 04 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclisin sabiq əməkdaşı vəfat etdi - FOTO 

109

0
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI 

11:58 / 04 Avqust 2026

SİYASƏT SİYASƏT

Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI 

106

0
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında təkbətək görüş başladı 

11:50 / 04 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında təkbətək görüş başladı 

77

0
Yaxın Şərqdən turist axını yenidən bərpa olunur: Ərəb turistləri cəlb etmək üçün nə edilməlidir?   

11:47 / 04 Avqust 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Yaxın Şərqdən turist axını yenidən bərpa olunur: Ərəb turistləri cəlb etmək üçün nə edilməlidir?   

78

0
Qarabağ Universitetində 350 bal tələbi: Ali təhsildə yeni rəqabət mühiti yaranır – Ekspertdən AÇIQLAMA  

11:35 / 04 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qarabağ Universitetində 350 bal tələbi: Ali təhsildə yeni rəqabət mühiti yaranır – Ekspertdən AÇIQLAMA  

85

0
SON DƏQİQƏ!SOCAR-da işləyənlərə mühüm xəbər:kütləvi ixtisarlarla bağlı...

11:34 / 04 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

SON DƏQİQƏ!SOCAR-da işləyənlərə mühüm xəbər:kütləvi ixtisarlarla bağlı...

777

0