Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda bu klinikanın 21 həkimi koronavirusa YOLUXDU

Bakıda bu klinikanın 21 həkimi koronavirusa YOLUXDU

TİBB

1164

07.07.2020, 00:30

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin 21 əməkdaşı koronavirusa yoluxub.

Oxu24.com xəbər verir ki, bu barədə şöbənin əməkdaşı Etibar Abbasov açıqlama verib.

O bildirib ki, Reanimasiya şöbəsində artıq xəstələrə baxan tibb işçisi yoxdur:

“Mən də daxil olmaqla, şöbənin 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz “tükənmişik” deyəndə, siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur”.