Halqaşəkilli qaşınan ləkələr nədəndir?
14 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
590
06.07.2020, 12:29
Koronavirus xəstələrinin müalicəsində "Remdesivir" preparatından istifadənin effektivliyi elmi tədqiqatlarda sübut olunduqdan sonra Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib və artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.
Bununla bağlı "Report"a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu xəstələrdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və hətta xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.
N.Abdullayevin sözlərinə görə, dərmanın təsiri nəticəsində virusun orqanizmdə çoxalmasının qarşısı alınır: "Bu da ümumi kliniki vəziyyətə birbaşa təsir edir. Hazırda Avropada hətta bir çox xəstələrin bu dərmandan istifadəsindən sonra süni tənəffüs cihazına qoşulmasına da ehtiyac qalmır".
Tibb elmləri doktoru Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Remdesivir"dən istifadənin tətbiq edilməsini məqsədəuyğun hesab edib. Azərbaycanlı alim əminliklə bildirib ki, dərman preparatının yan təsirləri, yəni qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər də tədqiqatlar nəticəsində artıq öyrənilib və bunlar da nəzərə alınaraq dərmandan istifadə Azərbaycanda da tətbiq edilə bilər.
Xatırladaq ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev və elmi işçi qrupu tərəfindən "Remdesivir" preparatının koronavirus xəstələrinin müalicəsində istifadəsi ilə bağlı hələ aprel ayında aparılan elmi tədqiqatların nəticəsi barədə geniş elmi təhlil ictimaiyyətə çatdırılıb.
20:31 / 14 May 2026
1
20:28 / 14 May 2026
12
20:19 / 14 May 2026
13
20:16 / 14 May 2026
35
20:15 / 14 May 2026
22
20:10 / 14 May 2026
30
20:09 / 14 May 2026
45
19:59 / 14 May 2026
38
19:56 / 14 May 2026
328
19:52 / 14 May 2026
36
19:47 / 14 May 2026
41
19:32 / 14 May 2026
51
19:30 / 14 May 2026
94
19:18 / 14 May 2026
59
19:14 / 14 May 2026
69
19:09 / 14 May 2026
61
18:56 / 14 May 2026
69
18:40 / 14 May 2026
74
18:17 / 14 May 2026
83
17:55 / 14 May 2026
84
17:35 / 14 May 2026
76
17:30 / 14 May 2026
71
17:05 / 14 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.