Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI
17 Noyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
798
05.07.2020, 19:59
“Apteklərdə vitamin C, sink tapılmamasından və qiymətin çox baha olmasından şikayət edirlər. Bilin ki, bunları aptekdən almağa ehtiyac yoxdur. Əvvəla satılan vitamin C sintetikdir.
İkincisi, zatən sizə yüksək doza lazım deyil. Vitamin C və sink immuniteti artırmır. Sadəcə bunların çatışmazlığı yaranmasın deyə lazımdır”.
Oxu24.com xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, artıq dozada C vitamininin əhəmiyyətinin olmadığını qeyd edib:
“Artıq doza tamamilə mənasızdır. Çatışmazlığın qarşısını təbii vasitələrlə almaq daha məsləhətdir. Təbii vitamin C mənbələri bunlardır: brokkoli, gül kələm, limon, digər sitrus meyvələri, çiyələk, kartof və pomidor.
Profilaktik məqsədlə sinki də aptekdən almayın. Yüksək doza sinkin heç bir əhəmiyyəti yoxdur. Ən güclü təbii sink mənbəyi ətdir. Ət, toyuq, balıq və süd məhsulları - qatıq, süzmə, kəsmik, pendir. Vegetarianlar lobyadan, badamdan, qoz-fındıqdan, paxladan sink ehtiyaclarını ödəyə bilərlər”.
Daha sonra mütəxəssis vitamin D-nin vacibliyindən söz açıb. O, ən yaxşı vitamin D mənbəyinin Günəş şüaları olduğunu qeyd edib və isti havada qolların, ayaqların açıq qalmasının vacibliyini vurğulayıb:
“Orqanizmin D vitamininə olan tələbatının cəmi 20%-i qidalarla, 80%-i isə Günəş şüası vasitəsilədir. Vitamin D çox qəbul etmək olmaz, çünki suda həll olunan vitaminlərdən fərqli olaraq onun hipervitaminozu - zərəri var.
Amma günün altında çox qalmayın. Gündəlik yarım saat bəs edir. Həm də günəşlənərkən ultrabənövşəyi şüalara qarşı filtri olan eynəklərdən istifadə etməyin.
İnsanın dərisində melanosit adlı hüceyrələr var, bunlar melanin adlı dəri piqmenti istehsal edir. Melanin isə dərini ultrabənövşəyi şüaların kanserogen təsirindən qoruyur. Melanositlər nə qədər çox işləsə, dəridə melanin çox olar - dəri tündləşər. Melanositin nə qədər melanin istehsal etməsinə nəzarət isə melanosit stimulyasiyaedici hormon vasitəsilədir. Bu hormonu hipofiz ifraz edir və siqnalı gözlərdən götürür. İşıq nə qədər çoxdursa, bu hormon da o qədər çox çıxacaq. Qara eynək taxdıqda gözlərə çox şüa düşmədiyi üçün lazımi miqdarda hormon çıxmır və melanin artmır. Nəticədə melanin az olan dəridə Günəşin ultrabənövşəyi şüaları xərçəng törədə bilər.
Ayaqların və qolların açıq olması D vitamini ehtiyacını 80% qarşılayır. Qalan 20% isə qidalarda - süddə, balıqda, yumurta sarısında var”.
21:20 / 17 Noyabr 2026
19
21:11 / 17 Noyabr 2026
57
20:45 / 17 Noyabr 2026
62
20:39 / 17 Noyabr 2026
93
20:23 / 17 Noyabr 2026
86
20:12 / 17 Noyabr 2026
95
19:59 / 17 Noyabr 2026
99
19:51 / 17 Noyabr 2026
102
19:40 / 17 Noyabr 2026
170
19:39 / 17 Noyabr 2026
97
19:28 / 17 Noyabr 2026
697
19:21 / 17 Noyabr 2026
103
19:14 / 17 Noyabr 2026
113
19:09 / 17 Noyabr 2026
108
19:06 / 17 Noyabr 2026
268
18:57 / 17 Noyabr 2026
124
18:55 / 17 Noyabr 2026
121
18:50 / 17 Noyabr 2026
152
18:40 / 17 Noyabr 2026
513
18:38 / 17 Noyabr 2026
119
18:28 / 17 Noyabr 2026
126
18:21 / 17 Noyabr 2026
129
17:59 / 17 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.