Kardioloq xəbərdarlıq edir: alma sirkəsi barədə yayılan iddialar elmi əsaslara söykənmir
14 May 2026, 17:05
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1001
05.07.2020, 16:29
“Apteklərdə vitamin C, sink tapılmamasından və qiymətin çox baha olmasından şikayət edirlər. Bilin ki, bunları aptekdən almağa ehtiyac yoxdur. Əvvəla satılan vitamin C sintetikdir. İkincisi, zatən sizə yüksək doza lazım deyil. Vitamin C və sink immuniteti artırmır. Sadəcə bunların çatışmazlığı yaranmasın deyə lazımdır”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, artıq dozada C vitamininin əhəmiyyətinin olmadığını qeyd edib:
“Artıq doza tamamilə mənasızdır. Çatışmazlığın qarşısını təbii vasitələrlə almaq daha məsləhətdir. Təbii vitamin C mənbələri bunlardır: brokkoli, gül kələm, limon, digər sitrus meyvələri, çiyələk, kartof və pomidor.
Profilaktik məqsədlə sinki də aptekdən almayın. Yüksək doza sinkin heç bir əhəmiyyəti yoxdur. Ən güclü təbii sink mənbəyi ətdir. Ət, toyuq, balıq və süd məhsulları - qatıq, süzmə, kəsmik, pendir. Vegetarianlar lobyadan, badamdan, qoz-fındıqdan, paxladan sink ehtiyaclarını ödəyə bilərlər”.
Daha sonra mütəxəssis vitamin D-nin vacibliyindən söz açıb. O, ən yaxşı vitamin D mənbəyinin Günəş şüaları olduğunu qeyd edib və isti havada qolların, ayaqların açıq qalmasının vacibliyini vurğulayıb:
“Orqanizmin D vitamininə olan tələbatının cəmi 20%-i qidalarla, 80%-i isə Günəş şüası vasitəsilədir. Vitamin D çox qəbul etmək olmaz, çünki suda həll olunan vitaminlərdən fərqli olaraq onun hipervitaminozu - zərəri var.
Amma günün altında çox qalmayın. Gündəlik yarım saat bəs edir. Həm də günəşlənərkən ultrabənövşəyi şüalara qarşı filtri olan eynəklərdən istifadə etməyin.
İnsanın dərisində melanosit adlı hüceyrələr var, bunlar melanin adlı dəri piqmenti istehsal edir. Melanin isə dərini ultrabənövşəyi şüaların kanserogen təsirindən qoruyur. Melanositlər nə qədər çox işləsə, dəridə melanin çox olar - dəri tündləşər. Melanositin nə qədər melanin istehsal etməsinə nəzarət isə melanosit stimulyasiyaedici hormon vasitəsilədir. Bu hormonu hipofiz ifraz edir və siqnalı gözlərdən götürür. İşıq nə qədər çoxdursa, bu hormon da o qədər çox çıxacaq. Qara eynək taxdıqda gözlərə çox şüa düşmədiyi üçün lazımi miqdarda hormon çıxmır və melanin artmır. Nəticədə melanin az olan dəridə Günəşin ultrabənövşəyi şüaları xərçəng törədə bilər.
Ayaqların və qolların açıq olması D vitamini ehtiyacını 80% qarşılayır. Qalan 20% isə qidalarda - süddə, balıqda, yumurta sarısında var”.
17:05 / 14 May 2026
1
17:04 / 14 May 2026
1
16:51 / 14 May 2026
18
16:45 / 14 May 2026
29
16:40 / 14 May 2026
30
16:35 / 14 May 2026
88
16:29 / 14 May 2026
103
16:27 / 14 May 2026
38
16:21 / 14 May 2026
496
16:14 / 14 May 2026
52
16:08 / 14 May 2026
109
16:06 / 14 May 2026
45
16:01 / 14 May 2026
62
15:57 / 14 May 2026
48
15:45 / 14 May 2026
55
15:39 / 14 May 2026
60
15:32 / 14 May 2026
108
15:28 / 14 May 2026
76
15:17 / 14 May 2026
56
15:10 / 14 May 2026
67
15:06 / 14 May 2026
67
15:02 / 14 May 2026
150
14:58 / 14 May 2026
656
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.