Qorxusuz olmaq xəstəlik imiş
06 May 2026, 16:12
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
772
17.04.2020, 18:59
Dokuz Eylül Universitetinin pandemiya şöbəsinin müdiri Yusif Sarvan COVID-19-un aylarla davam edəcəyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, tanınmış həkim virusun yay aylarında da sürətlə yayılacağı proqnozunu verib. Həkimin koronavirusla bağlı etdiyi xədərdarlığı təqdim edirik:

1. COVID-19 ilə aylarla yaşayacağıq. Bunu inkar etməyək, çaxnaşma da yaratmayaq. Gəlin həyatı lazımsız yerə çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.
2. Virusun təsirini yay azaltmayacaq. Artıq Braziliya və Argentinada yaydır, ancaq virus sürətlə yayılır.
3. Çox su içməklə hüceyrələrə nüfuz edən koronavirusu məhv edə bilməzsiniz, sadəcə tualetə tez-tez gedəcəksiniz.
4. Əl yumaq və 1,8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur. Evdə COVID-19 xəstəsi yoxdursa, səthləri dezinfeksiya etmək lazım deyil.
5. Yük paketləri, qaz nasosları, alış-veriş arabaları və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, normal həyat sürün.
6. Koronavirus qidadan qaynaqlanan infeksiya deyil. Qrip kimi hava-damcı yolu ilə yayılır.
7. Saunaya girmək hüceyrəyə nüfuz edən koronavirusu öldürmür.
Həmçinin oxuyun
8. Bir çox allergiya və viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, COVID-19 üçün qeyri-spesifik simptomdur.
9. Evə gəldikdən sonra paltarınızı dəyişdirməyiniz və təcili olaraq duş qəbul etməyiniz lazım deyil.
10. Koronavirus havada asılmır. Yaxın təmas tələb edən hava-damcı infeksiyasıdır. Hava təmizdir; bağlarda, parklarda (məsafə saxlayaraq) gəzə bilərsiniz.
11. COVID-19 irqi və ya dini ayırmır, bütün insanlara ötürülür.
12. Koronaya qarşı adi sabun istifadə etmək kifayətdir, antibakterial sabun almaq mütləq deyil. Virus, onsuz da, bakteriya deyil.
13. Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq çox narahat olsanız, bir az isidə bilərsiniz.
14. COVID-19-u evinizə ayaqqabı ilə gətirmək və xəstələnmək şansınız, gündə iki dəfə sizi ildırım vurması ilə eynidir. 20 ildir viruslara qarşı işləyirəm, hava-damcı infeksiyası bu cür yayılmır.
15. Sirkə, sumax, soda və zəncəfil virusdan qorumur.
16. Əlcək taxmaq pis fikirdir, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız, asanlıqla ötürülə bilər. Əllərinizi yumaq ən yaxşısıdır. /
16:12 / 06 May 2026
10
16:10 / 06 May 2026
340
16:09 / 06 May 2026
21
16:05 / 06 May 2026
33
16:00 / 06 May 2026
30
15:55 / 06 May 2026
66
15:52 / 06 May 2026
24
15:50 / 06 May 2026
26
15:37 / 06 May 2026
451
15:27 / 06 May 2026
84
15:13 / 06 May 2026
238
15:08 / 06 May 2026
45
14:55 / 06 May 2026
475
14:48 / 06 May 2026
41
14:43 / 06 May 2026
46
14:37 / 06 May 2026
46
14:31 / 06 May 2026
54
14:23 / 06 May 2026
61
14:20 / 06 May 2026
60
14:17 / 06 May 2026
141
14:03 / 06 May 2026
634
13:29 / 06 May 2026
98
13:19 / 06 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.