Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
24.03.2020, 18:12
Pandemiya elan olunan COVID-19-un dünyada ən çox yayıldığı 10 ölkənin adı məlum olub.
Oxu24.com Oxu.az-a istinadən bildirir ki, bu siyahıya virusun mənbəyi olan Çin liderlik edir.
Bu günə olan məlumata görə, Çində 81 171 nəfər koronavirusa yoluxub. Onlardan 3 277 nəfəri ölüb, 73 159 nəfəri sağalıb.
İkinci yerdə isə hazırda virusla mübarizənin ən çətin dövrünü yaşayan İtaliyadır.
Qısa müddət ərzində siyahıdakı liderə çatan bu ölkədə 63 927 nəfər virusa yoluxub. Həmin şəxslərin 6 077 nəfəri ölüb, sağalanların sayı isə 7 432 nəfərdir.
Üçüncü yerdə isə ABŞ gəlir. Orada 46 145 nəfərdə virus aşkarlanıb. Onlardan 582 nəfər ölüb, 295 nəfər sağalıb.
İspaniya 35 136 xəstə sayı ilə dördüncü yerdədir. Həmin xəstələrin 2 311-i ölüb, 3 355-i sağalıb.
Beşinci yerdə olan Almaniyada xəstələrin ümumi sayı 29 056 nəfərdir. Onlardan 123-ü ölüb, 453-ü sağalıb.
İlk vaxtlarda xəstə və ölü sayı yüksək sürətlə artan, son günlərdə isə statistik rəqəmlərdə stabillik hiss olunan İran 23 049 nəfər xəstə ilə altıncı yerdədir. Xəstələrin 1 812-i ölüb, 8 376-ı sağalıb.
Fransada hazırda 19 856 nəfər virusa yoluxub, 860 nəfər ölüb, 2 200 insan sağalıb. Bu göstərici ilə ölkə yeddinci yerdə qərarlaşıb.
Siyahının liderinin qonşusu olan Cənubi Koreya isə qabaqlayıcı tədbirlər sayəsində səkkizinci yerdə bərqərar olub. Bu ölkədə 9 037 xəstə var. Onlardan 120-i ölüb, 3 507 nəfəri sağalıb.
Dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunan İsveçrə virusun daha çox yayıldığı doqquzuncu ölkədir. Burada 8 795 nəfər virusa yoluxub, 120 insan ölüb, 131 xəstə sağalıb.
İlk onluqda Böyük Britaniya sonuncu yeri tutur. Belə ki, 6 650 xəstədən 335-i ölüb. Sağalanlar isə 135 nəfərdir.
Azərbaycan 72 xəstə ilə dünya ölkələri arasında 96-cı yerdədir. Onlardan 1-i ölüb, 10 nəfər sağalıb.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.