Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3490
22.03.2020, 13:20
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.
Oxu24.com -un xəbərinə görə, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib.
N.Mübariz deyib ki, icra başçısı karantində olan onu və digər tələbələri dinləyib:

Fotoda Nigar Mübariz
“Danışığımız boyu məni videoya çəkirdilər. Sonra yanlarındakı polis də çəkməyə başladı. Həm məni, həm danışan uşaqları. Bildirdim ki, mən onsuz özüm könüllü karantində qalacaqdım, amma gigiyena qaydalarına riayət edilən yerdə. İcra başçısına dedim ki, Prezident koronavirusa görə 1 milyard manat ayırıb. Amma insanlar karantin üçün xəstəxanadakı vəziyyətdən şikayət edirlər. Üstəlik, xəstəxananın baş həkimi Elnur Azadxanovun mənə “nervozsan” dediyini söylədim. İcra başçısı öz nömrəsini verdi və nə problem olsa, onunla əlaqə saxlamağımı söylədi.
“Çəkiliş etməyin, qanuna ziddir” deyəndə ona çəkiliş hüququmun olduğunu söylədim. Artıq buraya gələndə barəmdə informasiya toplamışdı. Eyni zamanda məni niyə çəkdiklərini soruşdum. Elnur Azadxanov icra başçısı gedəndən sonra tələbələrlə birgə otaqlara baxdı, problemləri həll edəcəyini, normal yeməklər olacağını söylədi. Dedi ki: “Problem olsa, mənə de. Amma çəkmə. Prezident yeni laborotoriyaların hərəsinə 5 milyon manat ayırır. Biz Almaniyadan da yaxşı işləyirik. Yaxşı olacaq hər şey. Özüm 9 gündür buraya baş həkim təyin olunmuşam”.
Sonra tələbə “Hamamda tarakan var” deyəndə “Əvvəl yox idi, nə əcəb? Təmizləyərik” dedi. Mən sona qədər çəkiliş hüququmun olduğunu söylədim. Düzəlməsə, yenə çəkəcəm. Hələki təmizlik işləri həyata keçirilir, bizimlə nəzakətli danışırlar. İcra başçısı sonradan bir tələbəyə zəng edib deyib ki, Nigar mənimlə əlaqə saxlasın...”
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.