Arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
24 Aprel 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
906
26.02.2020, 18:41
“Panika lazım deyil. Çünkü o demək deyil ki, xroniki xəstəliyi olmayan, sağlam bir insan bu virusa yoluxsa mütləq öləcək. Xeyr. Bir insan bu virusa yoluxsa yüksək ehtimalla sağalacaq”.
Oxu24.com xəbər verir ki, bu sözləri həkim İdrak Məmmədov koronavirusdan qorunma metodları barədə öz təkliflərini qeyd edərkən bildirib.
Həmin təlimatın insanlar üçün önəmli olduğunu nəzərə alıb paylaşırıq. Həkim hazırda tibbi maska qıtlığında maska tapılmazsa, nə ilə əvəz edə biləcəyimizi də açıqlayıb.
-Azərbaycanda xalq sağlığı və səhiyyə təşkili bərbad vəziyyətdədir. Elə İranda da pis vəziyyətdədir. Siz dünyadakı müalicə, dəstək və profilaktika tədbirləri ilə bizdəkini eyniləşdirməyin. Çində 100 xəstədən 3- ü ölürsə, bizdə 100 xəstədən ən az 50- si öləcək.
Bu baxımdan biraz diqqətli olmaqda fayda olacağını düşünürəm.
1. İlk olaraq tanımadığınız insanların çox olduğu məkanlardan ( bazar, ziyarətlər, mitinq )))), avtobus, idman zalı və s. ) bacardığınız qədər uzaq durun.
2. Əllərinizi sabunla mümkün qədər tez-tez yuyun. Yuyarkən də ən az 20- 30 saniyə yuyun.
Həmçinin oxuyun
3. Xroniki xəstəliyi olanlar ( astma, bronxit, ürək xəstəliyi, onkoloji xəstələr və d) mümkün qədər camaat içinə çıxmasın. Ən yaxşısı bu aralar evdə dincəlməkdir.
4. İnsanların sıx olduğu qapalı binaların, otaqların ( məktəbdə koridorlar, sinif otaqları, avtobuslar, banklar və d.) tez- tez havasını dəyişin. Məsələn hər 20-30 dəqiqədən bir pəncərəni, qapını 5 dəqiqə açın ki, içəriyə yeni, təmiz hava daxil olsun. Narahat olmayın. Soyuqdan birşey olmaz.
5. Kənar yerlərdə çox əşyaya toxunmayın. Kənardan evə gəldiyinizdə ilk olaraq əllərinizi yuyun.
6. Bir də ən önəmlisi. Özündə narahatlıq hiss edən, halsız olan, burnu axan, asqıran, öskürən hər bir şəxs İLK OLARAQ maska taxsın, sonra isə bir həkimə və ya xəstəxanaya getsin. Mütləq maska ilə getsin. Şikayəti olanların maska taxması vacibdir.
7. Maska tapmasanız, tənzifi, cunanı 4- 5 qat büküb ağız və burnunuzu bağlayın.
8. Sağlam insanların maska taxması vacib deyil. Normal maskalar əslində tam qorumaz, qismən qoruyar. Amma maska taxmağın bir zərəri də yoxdur.
9. Bir də son 20 gün içində İranda olmuş şəxslər özlərinə diqqət etsin. Mümkünsə camaat içinə 2 həftə çıxmasınlar. ( Çünkü virusa yoluxmuş insanda xəstəlik əlamətləri 10- 14 gün sonra ortaya çıxır. Amma bu müddətdə isə özü də fərqində olmadan ətrafa virus yayır ) Əgər çıxarlarsa, mütləq maska taxsınlar. Narahatlıq hiss etsələr mütləq həkimə getsinlər.
21:41 / 26 Aprel 2026
7
21:19 / 26 Aprel 2026
39
20:31 / 26 Aprel 2026
57
19:47 / 26 Aprel 2026
78
19:09 / 26 Aprel 2026
84
19:05 / 26 Aprel 2026
386
18:54 / 26 Aprel 2026
1231
18:49 / 26 Aprel 2026
70
18:48 / 26 Aprel 2026
93
18:11 / 26 Aprel 2026
83
17:49 / 26 Aprel 2026
95
17:32 / 26 Aprel 2026
156
17:18 / 26 Aprel 2026
83
17:08 / 26 Aprel 2026
79
16:57 / 26 Aprel 2026
75
16:40 / 26 Aprel 2026
232
16:38 / 26 Aprel 2026
261
16:19 / 26 Aprel 2026
86
16:04 / 26 Aprel 2026
250
15:41 / 26 Aprel 2026
84
11:31 / 26 Aprel 2026
512
11:29 / 26 Aprel 2026
264
00:36 / 26 Aprel 2026
292
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.