Qaynar xətt:

(+99450) 247 90 86

Hepatit B üçün yeni müalicə preparatı ilə bağlı AÇIQLAMA

Hepatit B üçün yeni müalicə preparatı ilə bağlı AÇIQLAMA

TİBB

41

19.11.2026, 22:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün əvvəl FDA tərəfindən Hepatit B üçün yeni müalicə preparatı - Hibsago (bepirovirsen) qəbul edildi. Bəs yeni preparat kimlər üçün nəzərdə tutulub və nə vəd edir?

Bu sualla bağlı infeksionist Roza Murad Oxu24.com-a danışıb.

Hibsago kimlər üçün nəzərdə tutulub?

-yetkin xəstə

-sirroz olmayan

-ən azı 6 ay mövcud preparatlarla müalicə almış və müvəffəq nəticə əldə edilmiş xəstələr

Hibsago nə vəd edir?

-6 aylıq müalicədən sonra virus yükünün və HBs Antigenin aşkar edilməməsi

FDA rəsmi məlumatında sınaqlarda iştirak edən pasientlərin 24 faizində müalicəni dayandırmaq üçün kriteriyalara uyğunluq əldə edilib. Bütün müalicələri dayabdırdıqdan 6 ay sonra xəstələrin 19 faizində virus yükü və HBsAg aşkar edilməyib.

Önəmli xəbərdarlıq:

Preparatın ciddi yan təsirləri, həmçinin hepatotoksik xüsusiyyətləri qeyd olunur və müalicənin başlanması hələ ki, bütün xəstələrə uyğun deyil.

Jalə