Arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
24 Aprel 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1322
24.02.2020, 09:11
Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair ÜST-ün və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsini təqdim edirik:
31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib.
Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.
Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri
Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:
• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
Həmçinin oxuyun
• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.
ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.
00:36 / 26 Aprel 2026
100
00:19 / 26 Aprel 2026
101
23:40 / 25 Aprel 2026
87
23:22 / 25 Aprel 2026
97
23:11 / 25 Aprel 2026
87
22:39 / 25 Aprel 2026
195
22:26 / 25 Aprel 2026
103
22:06 / 25 Aprel 2026
126
21:58 / 25 Aprel 2026
137
21:47 / 25 Aprel 2026
101
21:19 / 25 Aprel 2026
113
20:56 / 25 Aprel 2026
155
20:35 / 25 Aprel 2026
150
20:20 / 25 Aprel 2026
241
20:06 / 25 Aprel 2026
129
19:42 / 25 Aprel 2026
114
19:28 / 25 Aprel 2026
123
19:03 / 25 Aprel 2026
116
18:53 / 25 Aprel 2026
126
18:18 / 25 Aprel 2026
145
18:09 / 25 Aprel 2026
186
17:59 / 25 Aprel 2026
168
17:53 / 25 Aprel 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.