Arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
24 Aprel 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
758
21.02.2020, 19:40
Heç kimə sirr deyil ki, şiş xəstəliyi olan insan və ailəsi nə çıxış yolu, dərman, türkəçarə, xalq təbabəti varsa sınamaq istəyir. Bundan istifadə edən bəzi işbazlar da müxtəlif tabletlər, otlar, şirələr, üsullar təklif edir.
Rəsmi tibb xərçəngin dərmanının tapılmadığını bəyan edir. Digər tərəfdən acı yovşan bitkisinin (rusca polın) şişləri kiçiltməsi və metastalara imkan verməməsi barədə məqalələr yayılır və artıq yovşanın spirtdə məhlulu onkoloji xəstələr üçün satılır.
Oxu24.com medicina.az-a istinadən bildirir ki, acı yovşan rus xalqlarında qurd, parazit tökən bitki kimi tanınsa da, dərmanlarda istifadə olunsa da, onun xalq təbabətində ən geniş istifadə olunduğu ölkə Çindir.
Çin alimləri malyariyaya qarşı dərman hazırlamaq tapşırığı almışdılar. Ötən əsrin 50-ci illərində yovşandan artemiznin adlı maddə ayrıldı və onun malyariya ilə mübarizə apardığı məlum oldu. Bu kəşfə görə çinli alim Tu Yioyu "Nobel" mükafatı alıb.
Alimlər elmi tədqiqatlarında daha da irəli gedərək, artemizinin nəinki malyariya törədicilərini, həmçinin şiş hüceyrələrini məhv etdiyini aşkarladılar. Elmi tədqiqatlarla bu nəzəriyyə təsdiqini tapdı və bu bitkidən alınan maddə tərkibli dərmanın kliniki tədqiqatlara hazırlanması müsbət qarşılandı.
Hazırda Çində könüllü xəstələr üzərində artemizinin antixərçəng təsiri müalicələrlə öyrənilir.
Həmçinin oxuyun
Hansı yovşan lazımdır?
Bu dərman üçün hər yovşan da uyğun deyil. Onun yalnız birillik növü, Artemisia Annua adlı növü uyğundur. Bu növdə xüsusi kimyəvi tərkib var.
Özünüz bunu hazırlaya bilməzsiniz. Çünki sizin istifadə edəcəyiniz yovşanda artemizinin çox az faizdədir. Üstəlik, yovşan cövhərini çox miqdarda içmək zəhərlənmə verə bilər.
Lakin siz yovşan otunun, bitkisinin xüsusi çayını, dəmləməsini və ya apteklərdə satılan cövhərini alıb, müxtəlif xəstəliklərə, parazitlərə və ya onkoloji xəstəliklərin profilaktikası üçün uyğun dozada, həddi aşmamaq şərtilə istifadə edə bilərsiz.
23:22 / 25 Aprel 2026
13
23:11 / 25 Aprel 2026
26
22:39 / 25 Aprel 2026
130
22:26 / 25 Aprel 2026
48
22:06 / 25 Aprel 2026
66
21:58 / 25 Aprel 2026
69
21:47 / 25 Aprel 2026
57
21:19 / 25 Aprel 2026
68
20:56 / 25 Aprel 2026
102
20:35 / 25 Aprel 2026
114
20:20 / 25 Aprel 2026
201
20:06 / 25 Aprel 2026
86
19:42 / 25 Aprel 2026
72
19:28 / 25 Aprel 2026
89
19:03 / 25 Aprel 2026
85
18:53 / 25 Aprel 2026
97
18:18 / 25 Aprel 2026
110
18:09 / 25 Aprel 2026
99
17:59 / 25 Aprel 2026
141
17:53 / 25 Aprel 2026
124
15:00 / 25 Aprel 2026
120
14:20 / 25 Aprel 2026
94
13:50 / 25 Aprel 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.