Arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
24 Aprel 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1029
18.02.2020, 23:07
Fransa dietoloqu və həkimi Pyer Dükan ənənəvi rus mətbəxinə üstünlük verməyi və sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara biləcək yeni hollivud pəhrizlərindən çəkinməyi tövsiyə edib.
Oxu24.com xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın qonağı olan dietoloq bu barədə İTAR-TASS-a müsahibəsində danışıb. O, hesab edir ki, Rusiya mətbəxi faydalı inqrediyentlərlə zəngindir: “Ümumiyyətlə, Rusiyada mətbəx mədəniyyəti çox yaxşıdır. Məsələn, mən borşu çox sevirəm, hər dəfə bura gələndə yeyirəm. Həmçinin kiçik küftə ilə bişirilən qarabaşağı da xoşlayıram”.
O bildirib ki, ruslar öz qida mədəniyyətini və öz ənənələrini qoruyub saxlamağa çalışırlar: “Amma digər tərəfdən Amerika təsiri hiss olunur. Pitsa və ya dondurulmuş yarımfabrikatlar alan adam bilmir ki, bu məhsulların tərkibinə nələr daxildir. Müasir insanın həyatı çox ağırdır. Biz həmişə tələsirik, stress keçiririk, ailəmizlə daha az vaxt keçirir və hərəkətsiz həyat tərzi sürürük. Bütün bunlar ona gətirib çıxarır ki, insanlar yeməklərdə kompensasiya tapmağa çalışır. Ancaq məsələ burasındadır ki, adamlar çox yeyir, məhsulların qida dəyəri və keyfiyyəti aşağı düşüb”.
Dükan bildirib ki, bəzi pəhrizlər orqanizm üçün çox zərərlidir, məsələn, yalnız meyvələrə əsaslanan Hollivud pəhrizi. Mütəxəssisin fikrincə, əsas inqrediyenti kələm olan şorbalar da zərərlidir: “İndi hərə bir pəhriz hazırlayır. Amma bu, yolverilməzdir, çünki dietologiya tibbin bir hissəsidir və sağlamlıq düzgün qidalanma məsələləri ilə bağlıdır. Daha sonra dietoloq əlavə edib ki, bir-iki gün oruc tutmaq olar, amma mütəmadi olaraq oruc tutmaq zərərlidir. Fransız həkim bunu onunla əsaslandırıb ki, zülallı qidalar bütün orqanizmin həyat fəaliyyəti prosesində mühüm rol oynayır və onu qida rasionunda istisna etmək olmaz.
Həmçinin oxuyun
Yeri gəlmişkən, dükan pəhrizi zülallı qidalara əsaslanıb. O, 2000-ci ildə “Arıqlaya bilmirəm” kitabı çıxandan sonra şöhrət qazanıb. Onun bu kitabı dünyanın 32 dilində nəşr edilib və 17 milyon nüsxə tirajla satılıb.
Dietoloq öz pəhrizinin populyarlıq qazanmasını belə izah edib: “Pəhrizin uğur qazanmasının vacib tərkib hissələrindən biri odur ki, insanlara yemək məhdudiyyəti qoyulmur. 100 cür məhsul seçimi var. Heç nə düşünmək və hesablamaq lazım deyil. Çünki ac qalmırsan”.
Onun sözlərinə görə, hazırda dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. O, bu problemlə mübarizə üçün hamilə qadınlara hamiləliyin 4-cü və 5-ci aylarında şirin və yağlı qidalardan imtina etməyi təklif edib.publika.az
01:08 / 25 Aprel 2026
318
00:59 / 25 Aprel 2026
300
00:22 / 25 Aprel 2026
300
23:49 / 24 Aprel 2026
99
23:35 / 24 Aprel 2026
260
23:21 / 24 Aprel 2026
290
22:43 / 24 Aprel 2026
659
22:31 / 24 Aprel 2026
103
22:31 / 24 Aprel 2026
249
22:29 / 24 Aprel 2026
111
22:21 / 24 Aprel 2026
110
22:20 / 24 Aprel 2026
305
22:15 / 24 Aprel 2026
1679
22:13 / 24 Aprel 2026
97
22:10 / 24 Aprel 2026
692
22:07 / 24 Aprel 2026
99
22:03 / 24 Aprel 2026
334
22:00 / 24 Aprel 2026
221
21:56 / 24 Aprel 2026
104
21:44 / 24 Aprel 2026
217
21:10 / 24 Aprel 2026
216
20:55 / 24 Aprel 2026
138
20:49 / 24 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.