Kușinq sindromu nədir?
23 Aprel 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
964
08.02.2020, 13:26
Bakıda fəaliyyət göstərən apteklərdə 20 manat qiyməti olan dərmanın 60 manata satılması iddia olunur.
Oxu24.com-un məlumatına görə, bu barədə bir vətəndaş tərəfindən redaksiyamıza göndərilən şikayətdə bildirilib.
Şikayətçinin sözlərinə görə, aptekdə satılan “Ventolin Nebules” dərmanının bir qutusu əvvəllər 20 manata satılırdısa, indi üç dəfə baha qiymətə təklif olunur:
“Nizami” metrostansiyasının yaxınlığındakı aptekdə bildirdilər ki, bu dərmanın qutusu 60 manat, bir dənəsi isə üç manatdır. Heç bir yerdə tapa bilməyəcəksiniz. Azərbaycana bu dərman az gətirilir. Həkim məsləhəti ilə mütəmadi olaraq uşağa verdiyimizə görə, həmişə qutu ilə almışıq. Əvəzedicisi sayılan - “Nebutamol” nisbətən ucuz olsa da, onun 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu deyilir. Digər əvəzedicisi sayılan - “Salipra” dərmanını isə həkim məsləhət görsə də, həmin aptekdə bildirildi ki, bu dərmanı üç yaşdan az olan uşağa vermək olmaz”.
Həmçinin oxuyun
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Əkbərova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Ventolin Nebules” adlı dərman Dövlət Reyestrində qeydiyyatdan keçməyib:
“Sorğuda qeyd olunan “Nebutamol” adlı dərman vasitəsi isə dövlət qeydiyyatından keçib. “Nebutamol” və “Ventolin Nebules” dərmanları təsiredici maddəsi və dozası ilə eynidir. Hər iki preparatın təsiredici maddəsi Salbutamol maddəsidir (2-2,5 mg/ml). İstifadə təlimatında yaş həddi dörd yaşdan yuxarı göstərilir”.
““Salipra” adlı dərman vasitəsinin tərkibində “Ventolin Nebules” və “Nebutamol” dərman vasitələrindən fərqli olaraq, yalnız Salbutomol maddəsi yox, həmçinin İpratropium maddəsi də var. Uşaqlarla bağlı kliniki sınaq məlumatlarının az olması səbəbindən onların istifadə etməsi məsləhət görülmür. İstifadə təlimatında yaş həddi 12 yaşdan yuxarı göstərilir. Bütün hallarda dərman vasitəsi həkimin təyinatı ilə qəbul olunmalıdır”, - deyə E.Əkbərova qeyd edib.
22:09 / 23 Aprel 2026
1
22:03 / 23 Aprel 2026
12
21:58 / 23 Aprel 2026
19
21:55 / 23 Aprel 2026
17
21:53 / 23 Aprel 2026
57
21:51 / 23 Aprel 2026
43
21:45 / 23 Aprel 2026
34
21:39 / 23 Aprel 2026
33
21:37 / 23 Aprel 2026
405
21:27 / 23 Aprel 2026
121
21:16 / 23 Aprel 2026
46
21:00 / 23 Aprel 2026
175
20:34 / 23 Aprel 2026
167
20:26 / 23 Aprel 2026
113
20:00 / 23 Aprel 2026
83
19:49 / 23 Aprel 2026
67
19:33 / 23 Aprel 2026
86
19:17 / 23 Aprel 2026
91
19:09 / 23 Aprel 2026
91
18:54 / 23 Aprel 2026
195
18:44 / 23 Aprel 2026
93
18:28 / 23 Aprel 2026
160
18:18 / 23 Aprel 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.