Qaynar xətt:

(+99450) 247 90 86

Vaxtından əvvəl doğulan körpələrdə hansı qüsurlar olur? - Alimlər açıqladı

Vaxtından əvvəl doğulan körpələrdə hansı qüsurlar olur? - Alimlər açıqladı

TİBB

1050

11.01.2020, 19:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerikalı alimlərin araşdırmasına görə, vaxtından 4-6 həftə əvvəl doğulmuş körpələrin beyinləri, idrak funksiyalarına və quruluşuna görə fərqlənirlər.

Yəni, beyinləri digər uşaqların beynindən fərqli olur.

Oxu24.com sherg.az-a istinadən bildirir ki, 33 həftəlik doğulmuş körpələrin 37-44 həftəsində doğulan uşaqlarla müqayisədə idrak və davranış problemləri ortaya çıxıb.

"Ayova" Universitetinin tədqiqatçıları, 34-36 həftəlik doğulan və 7-14 yaş arasında olan 32 uşağı maqnit rezonans görüntüləmə və yaddaş testindən keçiriblər. İlkin nəticələrin təhlili həm beyin funksiyasında, həm də beynin quruluşundakı fərqləri göstərir.

Tədqiqatçıların fikrincə, vaxtından əvvəl doğulan uşaqların hiperaktivlik, diqqətsizlik, daim narazılıq, hər hansı bir məsələni gec anlama və aqressiya problemləri olur.