Dodaqdakı uçuq sağaldıqdan sonra yenidən niyə eyni yerdə yaranır?
05 Noyabr 2026, 14:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
385
04.09.2026, 16:25
Gündəlik həyatda bir çox insanın qarşılaşdığı hallardan biri də yeni tanış olduğu şəxsin adını cəmi bir neçə saniyə sonra unutmasıdır. İnsanlar çox vaxt bunu yaddaşın zəifləməsi və ya yaşlanma ilə əlaqələndirirlər. Lakin mütəxəssislərin fikrincə, bu vəziyyət hər zaman yaddaş problemi ilə bağlı olmur.
Oxu24.com xəbər verir ki,insan qarşı tərəfin üzünü, harada tanış olduğunu və hətta söhbət zamanı danışılan detalları xatırladığı halda, həmin şəxsin adını xatırlamaqda çətinlik çəkə bilər. Bunun əsas səbəblərindən biri məlumatın ilk anda beyində lazımi səviyyədə qeyd olunmamasıdır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan uzman həkim Nailə Ələkbərova bildirib ki, insan adları beyin üçün xüsusi məlumat növüdür.
“Bir insanla tanış olub əl sıxırsınız, adını eşidirsiniz və cəmi 10 saniyə sonra adı yaddan çıxır. Çox vaxt insanlar bunun zəif yaddaşdan qaynaqlandığını düşünür, lakin problem yaddaşda deyil, diqqətdədir.
‘Müəllim’, ‘həkim’ və ya ‘sürücü’ kimi sözlərdən fərqli olaraq, adlar beynin asanlıqla əlaqələndirə biləcəyi məntiqi ipucu vermir. Ona görə də beyin adı eşitdiyi ilk saniyələrdə tam fokuslanmasa, həmin məlumat yaddaşa düzgün yazılmır. Məlumat itmir, sadəcə heç vaxt düzgün qeyd olunmur”.
N.Ələkbərova vurğulayıb ki, məhz bu səbəbdən insan yeni tanış olduğu şəxsin üzünü, görüş yerini və söhbətin detallarını xatırlaya, lakin adını xatırlaya bilməyə bilər.
O həmçinin qeyd edib ki, ad unutma halları son zamanlar daha tez-tez müşahidə olunursa, bunu yalnız yaşlanma ilə əlaqələndirmək düzgün deyil.
“Yaddaş problemləri çox vaxt unutmaqla yox, diqqətin zəifləməsi ilə başlayır. Beynin diqqət sistemi zəifləyəndə ilk itən məlumatlardan biri məhz adlar olur”, – deyə həkim əlavə edib.
Jalə
20:22 / 05 Noyabr 2026
1
20:19 / 05 Noyabr 2026
20
20:11 / 05 Noyabr 2026
34
20:07 / 05 Noyabr 2026
42
19:59 / 05 Noyabr 2026
72
19:47 / 05 Noyabr 2026
82
19:32 / 05 Noyabr 2026
133
19:20 / 05 Noyabr 2026
386
19:18 / 05 Noyabr 2026
132
19:13 / 05 Noyabr 2026
90
19:07 / 05 Noyabr 2026
88
18:57 / 05 Noyabr 2026
146
18:44 / 05 Noyabr 2026
1374
18:37 / 05 Noyabr 2026
108
18:34 / 05 Noyabr 2026
101
18:24 / 05 Noyabr 2026
255
18:19 / 05 Noyabr 2026
106
18:10 / 05 Noyabr 2026
818
17:45 / 05 Noyabr 2026
198
17:26 / 05 Noyabr 2026
163
17:19 / 05 Noyabr 2026
136
17:03 / 05 Noyabr 2026
891
16:53 / 05 Noyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.