Sərəncam İMZALANDI: Yeni rəhbər təyin edilib
12 Oktyabr 2026, 19:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
468
22.09.2026, 15:51
2026-cı il sentyabrın 22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin (VK) sədri Anar Bağırov VK-nın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Hilton Garden Inn Baku” mehmanxanasında keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan VK sədri Anar Bağırov Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin son illərdə daha da inkişaf etdiyini deyib.
Sədr xalqlarımızı birləşdirən ortaq tarixi, mədəni və mənəvi dəyərlərin hüquq institutları arasında əlaqələrin inkişafına da mühüm təsir göstərdiyini qeyd edib. Anar Bağırov dövlət başçılarının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bunun da vəkillik institutları arasında əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini bildirib.
Sədr son illərdə VK-da həyata keçirilən islahatlar, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycanda vəkillik institutunun inkişaf mərhələlərinə, Kollegiyanın fəaliyyətinin müasir idarəetmə prinsipləri əsasında təşkilinə və maliyyə müstəqilliyinin təmin olunmasına toxunub.
Eyni zamanda Anar Bağırov çıxışında türk dünyasının ilk qadın hüquqşünası və vəkili olan Sürəyya Ağaoğlunun həyat və fəaliyyəti barədə də məlumat verib, onun hüquq peşəsində qadınların rolunun formalaşmasına verdiyi töhfələrdən danışıb.
Sədr nəzərə çatdırıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində qadınların vəkillik peşəsinə marağı və vəkil korpusunda təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə görülən işlər qadın vəkillərin peşəkar inkişafı, şəbəkələşməsi və qarşılaşdıqları gender əsaslı çətinliklərin aradan qaldırılması üçün yeni imkanlar yaradıb. Bu məqsədlə VK Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillər Alyansı yaradılıb. Alyans qadın vəkillər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin gücləndirilməsinə, onların peşəkar inkişafının dəstəklənməsinə və vəkillik sahəsində fəal iştirakının təşviqinə xidmət göstərir.
Öz növbəsində, Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini Zübeydə Aksay səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının yaradıcılarından biri olmuş Sürəyya Ağaoğlunun təşkilatda gördüyü işlərdən danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib. Həmçinin Zübeydə Aksay qadın vəkillərin beynəlxalq həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan ilə Türkiyənin qadın vəkilləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Görüş çərçivəsində bildirilib ki, VK Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib. Bu münasibətlə Federasiyanın sədri Manoela Gonçalves Silvanın videomüraciəti nümayiş etdirilib. O, çıxışında Alyansın Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olması üçün müraciətini böyük məmnuniyyətlə qarşıladığını söyləyib.
Sonda görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və xatirə hədiyyələri təqdim edilib.
19:59 / 12 Oktyabr 2026
81
19:56 / 12 Oktyabr 2026
59
19:50 / 12 Oktyabr 2026
87
19:44 / 12 Oktyabr 2026
50
19:33 / 12 Oktyabr 2026
76
19:28 / 12 Oktyabr 2026
142
19:19 / 12 Oktyabr 2026
67
19:18 / 12 Oktyabr 2026
80
19:05 / 12 Oktyabr 2026
289
18:45 / 12 Oktyabr 2026
82
18:41 / 12 Oktyabr 2026
2945
18:35 / 12 Oktyabr 2026
160
18:15 / 12 Oktyabr 2026
165
18:12 / 12 Oktyabr 2026
213
17:54 / 12 Oktyabr 2026
137
17:49 / 12 Oktyabr 2026
983
17:47 / 12 Oktyabr 2026
306
17:45 / 12 Oktyabr 2026
152
17:39 / 12 Oktyabr 2026
1223
17:33 / 12 Oktyabr 2026
93
17:33 / 12 Oktyabr 2026
88
17:26 / 12 Oktyabr 2026
80
17:24 / 12 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.