Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
12 Oktyabr 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
235
22.09.2026, 15:25
İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.
İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S. Puşkin, M.M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.
Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.
İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə "İslam Səfərli" adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.
İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyata qovuşub və Fəxri Xiyabanda dəfn olunub.
Xəzərin səsiylə oyandın hər gün,
Səhər günəşinə boyandın hər gün,
Haqqa-həqiqətə bələndin hər gün,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Hər uca zirvəni qaya bilmədin,
Arazın səsindən doya bilmədin,
"Dost"ların hiyləsin duya bilmədin,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
İlhamın yelkəni qanad açmışdı,
Dağlar dərdlərini sənə açmışdı,
Günəş nur ələyib sənə saçmışdı,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Millətimin düşüncəsin oyatdın,
Duyğuların, ürək səsin oyatdın,
Manqurtlaşan düşərgəsin oyatdın,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətın zəncirini qırmısan!
"Zor bulağı" ürəklərə çəkmisən,
Könüllərdə gül baxçası əkmisən,
Gözəllərə gözlərini dikmisən,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Təbiəti darıxmağa qoymadın,
Qızılgülün butasından doymadın,
Şükürlər ki, yalanlara uymadın,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətın zəncirini qırmısan!
Sən tale şairi, könül şairi,
Milli bütövlüyün təməl şairi,
Xalqa sözün deyən əməl şairi,
Sən Cavidin vətənindən çıxmısan,
Əsarətin zəncirini qırmısan!
Əmir Pəhləvan
20:58 / 12 Oktyabr 2026
10
20:53 / 12 Oktyabr 2026
31
20:46 / 12 Oktyabr 2026
28
20:40 / 12 Oktyabr 2026
59
20:35 / 12 Oktyabr 2026
67
20:34 / 12 Oktyabr 2026
39
20:15 / 12 Oktyabr 2026
1607
20:05 / 12 Oktyabr 2026
98
19:59 / 12 Oktyabr 2026
775
19:56 / 12 Oktyabr 2026
540
19:50 / 12 Oktyabr 2026
132
19:44 / 12 Oktyabr 2026
87
19:33 / 12 Oktyabr 2026
153
19:28 / 12 Oktyabr 2026
242
19:19 / 12 Oktyabr 2026
96
19:18 / 12 Oktyabr 2026
122
19:05 / 12 Oktyabr 2026
632
18:45 / 12 Oktyabr 2026
98
18:41 / 12 Oktyabr 2026
3873
18:35 / 12 Oktyabr 2026
201
18:15 / 12 Oktyabr 2026
192
18:12 / 12 Oktyabr 2026
251
17:54 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.