Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
217
18.08.2026, 14:15
Qalxanabənzər vəz (zob) xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən səhhət problemlərindən biridir. Bir çox hallarda vəzdə aşkarlanan düyünlər və ya dəyişikliklər xəstələrdə dərhal cərrahi müdaxilə qorxusu yaradır. Lakin mütəxəssislər bildirirlər ki, hər bir zob diaqnozu olan xəstənin təcili əməliyyat olunmasına ehtiyac yoxdur. Bəzən illərlə yalnız dərman müalicəsi və ya sadəcə həkim müşahidəsi yetərli olduğu halda, bəzi hallarda isə əməliyyat qaçılmaz olur. Səbəbsiz yerə orqanın kəsib götürülməsi orqanizm üçün ciddi fəsadlar törədə bildiyi üçün düzgün diaqnostika böyük əhəmiyyət kəsb edir. Xüsusilə ultrasəs müayinəsi zamanı aşkarlanan düyünlərin xarakteri, ölçüsü və hormon ifrazı mütləq nəzərə alınmalıdır. Əgər düyünlər nəfəs darlığı, udqunma çətinliyi yaratmırsa və xərçəng riski daşımıramsa, cərrahi müdaxiləyə tələsmək lazımdır. Bəs hansı simptomlar və müayinə nəticələri xəstənin dərhal əməliyyat olunmasını tələb edir?
Bu vacib suallara aydınlıq gətirən həkim-cərrah Dr. Səməd Həsənli zob xəstəliyinin müalicəsi və cərrahi göstərişlər barədə Oxu24.com-a məlumat verib:
"Niyə bəzi zoblar illərlə dərmanla müalicə olunur, bəziləri dərhal əməliyyata gedir? Biz cərrah olaraq demək istəyirəm ki, bəzi zobları dərhal əməliyyat etmək pasientə qarşı edilmiş ən böyük cinayətdir. Size də zobun var dərhal əməliyyat olunmalısan deyib qorxudurlar? Bəzən pasientlər ultrasəs müayinəsi ilə gəlir və biz baxırıq: bu düyünlər nə həddindən artıq hormon ifraz eləyir, nə xərçəng riski daşıyır, nə də ölçüləri o qədər böyükdür ki, sıxıb boğulma, udqumada çətinlik yaratsın. Bu kimi hallarda biz sadəcə müşahidə edirik”.
O qeyd edib ki, ciddi bir səbəb olmadan bədənimizdə önəmli funksiyaları yerinə yetirən orqanı çıxartmağa dəyməz.
Bəs nə zaman əməliyyat tövsiyə edirik? Həkimin sözlərinə görə, düyün sizin nəfəs almanıza, udqumanıza çətinlik yaradırsa, dərmanla müalicə olmayan hormon artıqlığı varsa və yaxud da biopsiya nəticəsində bədxassəli xərçəng hüceyrələri görürüksə, biz bu əməliyyatları komandamızla ən yüksək səviyyədə icra edirik.
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.