Onkoloji xəstələr niyə dərmansız qalır? – Ekspertdən AÇIQLAMA
07 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
370
17.08.2026, 15:50
Məşədə və həzm sistemində yaranan problemlər, xüsusilə yoğun və düz bağırsaqda rast gəlinən yaralar müasir dövrdə bir çox insanların əziyyət çəkdiyi ciddi sağlamlıq məsələlərindəndir. Mütəxəssislər bildirirlər ki, bağırsaqda yaranan eroziya və yaralar kolit, eləcə də qeyri-spesifik xoralı kolit kimi xəstəliklərin əsas əlamətləri sayılır. Bu cür problemlər zamanı vaxtında müdaxilə etmək və orqanizmi təbii vasitələrlə dəstəkləmək müalicə prosesini sürətləndirir. Bağırsaq xəstəliklərinin əlamətləri və onların təbii üsullarla müalicəsi haqqında Oxu24.com-a açıqlamasında Füzuli Hüseynov ətraflı məlumat verib.
Füzuli Hüseynov bildirib ki, düz bağırsaqdan təxminən 15 santimetr dərinlikdə eroziya və ya yaralar varsa, bu kolitin, yaxud qeyri-spesifik xoralı kolitin göstəricisi ola bilər. Belə hallarda xəstələrdə cüzi ishal, nəcisdə selik və ya qan, həmçinin yalançı gücənmə hissiyyatı müşahid olunur. Biz bu cür xəstəliklərin müalicəsində həmişə effektiv nəticə verən standart təbii üsul tətbiq edirik.
Mütəxəssis qeyd edib ki, müalicə üçün 600 qram boymadərən və 600 qram dazıotu götürülür:
“Hər iki bitkidən ayrı-ayrılıqda 1 orta xörək qaşığı götürərək 1 stəkan suda 5-7 dəqiqə qaynadıb süzürsünüz və gündə 3 dəfə içirsiniz. Bu dəmləmələri qəbul etdikdən sonra ishal və selik əlamətləri azalarsa, qəbul sayını gündə 2 dəfəyə endirmək olar. Əgər ishal hələ də davam edərsə, əlavə olaraq gündə 1 dəfə qızılağac meyvəsinin dəmləməsini içmək məsləhətdir. Bunun üçün 1 orta xörək qaşığı qızılağac meyvəsini 200 qram suda 10 dəqiqə zəif odda qaynadıb süzmək və gündə 1 dəfə qəbul etmək lazımdır”
Həmçinin oxuyun
15:55 / 07 Noyabr 2026
6
15:23 / 07 Noyabr 2026
235
15:17 / 07 Noyabr 2026
66
15:02 / 07 Noyabr 2026
166
14:52 / 07 Noyabr 2026
438
14:47 / 07 Noyabr 2026
120
14:41 / 07 Noyabr 2026
184
14:36 / 07 Noyabr 2026
99
14:18 / 07 Noyabr 2026
158
13:57 / 07 Noyabr 2026
393
13:41 / 07 Noyabr 2026
877
13:27 / 07 Noyabr 2026
377
13:12 / 07 Noyabr 2026
118
13:03 / 07 Noyabr 2026
422
12:49 / 07 Noyabr 2026
121
12:45 / 07 Noyabr 2026
132
12:45 / 07 Noyabr 2026
158
12:36 / 07 Noyabr 2026
351
12:23 / 07 Noyabr 2026
132
12:16 / 07 Noyabr 2026
732
11:58 / 07 Noyabr 2026
348
11:53 / 07 Noyabr 2026
520
11:45 / 07 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.