Şah damarında daralma insulta necə səbəb olur?
11 Avqust 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
63
11.08.2026, 13:30
Bir çox insanlar qarın və mədə nahiyəsində yaranan kəskin ağrıları adi həzm pozğunluğu və ya qastroenteroloji problem kimi qiymətləndirirlər. Lakin bu cür simptomların arxasında həyat üçün ciddi təhlükə yaradan ürək xəstəlikləri, xüsusən də miokard infarktı dayana bilər. Həkimlər bildirirlər ki, orqanizmdə baş verən hər bir narahatlıq müəyyən bir xəstəliyin siqnalı olduğu üçün ağrıların səbəbini dəqiqləşdirmədən ehtiyatsız davranmaq olmaz. Xüsusilə infarktın bəzi formalarında ağrı hissiyatı birbaşa ürək nahiyəsində deyil, mədə, qaraciyər və ya həzm sisteminin digər hissələrində təzahür edə bilir. Mütəxəssislər xəbərdar edir ki, simptomları təhlil etmədən kor-koranə dərman qəbul etmək vəziyyəti daha da ağırlaşdıra və vaxt itkisinə səbəb ola bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Kardioloq Aynur Məmmədova həkim bildirib ki, mədə ağrısı həqiqətən də miokard infarktının əsas əlamətlərindən biri ola bilər.
Kardioloq məsələnin anatomik səbəblərini izah edərək qeyd edib:
"Döş boşluğu orqanlarını qarın boşluğu orqanlarından ayıran bir pərdə var, biz buna diyafraqma deyirik. Ürəyin diyafraqmaya baxan hissəsinin infarktı zamanı ağrılar mədə-bağırsaq ağrısı kimi özünü göstərə bilər. Bu zaman qaraciyər tərəfdə ağrılar, ürəkbulanma, qusma və mədə ağrısı müşahidə oluna bilər”.
Həkim həmçinin xəstələrin tez-tez etdiyi ciddi səhvlərdən birinə toxunaraq xəbərdarlıq edib:
"Hər hansı bir ağrı zamanı bu ağrını basqılamaq üçün özbaşına ağrıkəsicilər içmək olmaz. Dərhal həkiminizlə əlaqə saxlamalı və ağrılarınızı həkiminizə deməlisiniz. Ehtiyac olarsa, vaxt itirmədən dəqiq müayinə üçün həkimə yaxınlaşmalısınız”.
14:24 / 11 Avqust 2026
1
14:05 / 11 Avqust 2026
36
14:00 / 11 Avqust 2026
43
13:59 / 11 Avqust 2026
44
13:57 / 11 Avqust 2026
33
13:45 / 11 Avqust 2026
111
13:45 / 11 Avqust 2026
50
13:41 / 11 Avqust 2026
49
13:36 / 11 Avqust 2026
49
13:30 / 11 Avqust 2026
102
13:17 / 11 Avqust 2026
57
13:15 / 11 Avqust 2026
61
13:11 / 11 Avqust 2026
55
13:08 / 11 Avqust 2026
65
13:02 / 11 Avqust 2026
60
12:59 / 11 Avqust 2026
64
12:53 / 11 Avqust 2026
116
12:49 / 11 Avqust 2026
61
12:45 / 11 Avqust 2026
59
12:39 / 11 Avqust 2026
80
12:35 / 11 Avqust 2026
232
12:30 / 11 Avqust 2026
68
12:09 / 11 Avqust 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.