Ofisdə yorğunluğa qalib gəlməyin 8 yolu
13 Noyabr 2026, 20:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
320
24.10.2026, 14:35
Bu gün Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H.Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Ümumən H.Cavidin dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. O, "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1920-1930-cu illərdə Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazmışdır. Bununla yanaşı, H.Cavid həm də zəngin lirik, lirik-epik yaradıcılığa malikdir.
Təəssüf ki, Stalin repressiyasının "dalğası" H.Caviddən yan keçməmiş, ədib 8 il müddətinə İrkutsk vilayətinin Tayşet rayonunda islah əmək düşərgəsinə məhkum edilməklə sürgün olunmuşdur. O, 1941-ci ildə məhz burada dünyasını dəyişmişdir. Ölümündən sonra, daha dəqiq desək, 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət almışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə H.Cavidin məzarı illər sonra Naxçıvana gətirilmiş və "Cavid məqbərəsi" adlı yerdə dəfn edilmişdir.
Ruhun şad, məkanın cənnət olsun, Cavid Əfəndi!
20:20 / 13 Noyabr 2026
16
20:09 / 13 Noyabr 2026
102
20:06 / 13 Noyabr 2026
40
20:05 / 13 Noyabr 2026
46
19:58 / 13 Noyabr 2026
58
19:53 / 13 Noyabr 2026
152
19:41 / 13 Noyabr 2026
85
19:38 / 13 Noyabr 2026
481
19:35 / 13 Noyabr 2026
71
19:30 / 13 Noyabr 2026
250
19:28 / 13 Noyabr 2026
60
19:23 / 13 Noyabr 2026
79
19:05 / 13 Noyabr 2026
80
18:59 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
90
18:50 / 13 Noyabr 2026
90
18:38 / 13 Noyabr 2026
103
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
94
18:15 / 13 Noyabr 2026
106
18:04 / 13 Noyabr 2026
351
17:59 / 13 Noyabr 2026
113
17:46 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.