Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
73
28.07.2026, 09:36
ABŞ-da yerləşən səhiyyə nəhəngi "Johnson & Johnson" körpə pudrası və digər məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddiaları ilə bağlı davam edən məhkəmə çəkişmələrinin böyük hissəsini həll etmək üçün 5,5 milyard dollarlıq razılaşma təklif etdiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, şirkətin yaydığı məlumata görə, federal və ştat məhkəmələrində davam edən proseslər çərçivəsində iddiaçıları təmsil edən hüquq firmaları ilə təxminən 76 min yumurtalıq xərçəngi iddiasını əhatə edən genişmiqyaslı razılıq əldə olunub.
Bildirilib ki, razılaşmanın qüvvəyə minməsi üçün qalan iddiaların ən azı 95 faizini təmsil edən iddiaçıların bu plana qoşulması tələb olunur. Şirkət qeyd edir ki, təklif olunan razılaşma məhkəmə qərarları və hüquqi proseslərin nəticələri fonunda hazırlanıb.
Razılaşmaya əsasən, "Johnson & Johnson" ümumilikdə 5,5 milyard dollar ödəməyi öhdəsinə götürür. İlk ödənişin 3 milyard dollara qədər olması planlaşdırılır. Ödənişlərin 2027-ci ildə başlaması, əlavə ödənişlərin isə daha sonrakı mərhələlərdə həyata keçirilməsi nəzərdə tutulur.
"Johnson & Johnson" uzun müddətdir ki, talk əsaslı məhsullarının yumurtalıq xərçənginə səbəb olması ilə bağlı iddiaları rədd edir və məhsullarının təhlükəsiz olduğunu müdafiə edir. Buna baxmayaraq, şirkət uzunmüddətli hüquqi mübahisələrə son qoymaq məqsədilə bu genişmiqyaslı razılaşma təklifini irəli sürüb.
11:41 / 28 İyul 2026
54
11:40 / 28 İyul 2026
21
11:30 / 28 İyul 2026
34
11:28 / 28 İyul 2026
78
11:24 / 28 İyul 2026
96
11:09 / 28 İyul 2026
55
10:56 / 28 İyul 2026
55
10:50 / 28 İyul 2026
225
10:30 / 28 İyul 2026
67
10:26 / 28 İyul 2026
555
10:14 / 28 İyul 2026
112
10:07 / 28 İyul 2026
60
09:55 / 28 İyul 2026
64
09:46 / 28 İyul 2026
70
09:18 / 28 İyul 2026
78
09:13 / 28 İyul 2026
81
09:11 / 28 İyul 2026
70
09:08 / 28 İyul 2026
82
09:04 / 28 İyul 2026
72
09:02 / 28 İyul 2026
72
01:50 / 28 İyul 2026
104
01:15 / 28 İyul 2026
94
23:44 / 27 İyul 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.