Ağciyər xərçəngi niyə gec aşkarlanır?
07 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
93
07.07.2026, 23:27
İnsanın bağırsaqlarında milyonlarla mikroblar yaşayır.
Onlardan bəziləri sağlamlığımız üçün potensial təhlükə yaradır, digərləri isə əksinə orqanizmin normal fəaliyyəti və insanın ümumi sağlamlığı üçün olduqca vacibdir.
Bağırsaqlarda yaşayan mikroblar bağırsaqların mikroflorasını təşkil edir.
Bağırsaqların xeyirli mikroflorası orqanizmi allergiyalardan qoruyur, immun sisteminin normal fəaliyyəti üçün çox vacibdir, bağırsaqların normal boşalmasına kömək edir, maddələr mübadiləsi proseslərində iştirak edir. Həmçinin xeyirli mikroblar patogen mikrobların çoxalmasına imkan vermir.
Oxu24.com bildirir ki, bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, xroniki stress. bəzi dərmanların uzun müddət ərzində qəbulu və s.) bağırsaqların mikroflorası pozulur - bağırsaqlarda yaşayan zərərli mikrobların sayı artır, xeyirli mikrobların sayı isə kəskin azalır. Bu hal "disbakterioz" adlandırılır.
Disbakterioz ciddi pozulma sayılır. Disbakterioz zamanı immun sisteminin fəaliyyətində, maddələr mübadiləsində pozulmalar yaranır, disbakterioz fonunda müxtəlif xəstəliklər inkişaf edə bilər.
Disbakteriozun müalicəsi üçün xüsusi preparatlar (probiotiklər) təyin olunur. Bu preparatların tərkibində bağırsaqların xeyirli mikroflorasını təşkil edən diri lakto- və bifidobakteriyalar var.
Bəzi qidalar da probiotiklərlə zəngindir və bağırsaqların xeyirli mikroflorasının bərpasına kömək edir. Bu qidalar arasında:
- təbii yoqurtlar
- kefir
- asidofilin (müalicəvi süd məhsulu)
- pendir
- kələm turşusu
- acıtma əsasında hazırlanmış çörək.
Disbakteriozun müalicəsində probiotiklərdən əlavə prebiotiklərdən də istifadə olunur.
Prebiotiklər faktiki olaraq bağırsaqların xeyirli mikroflorası üçün qida funksiyasını yerinə yetirir. Bu insan orqanizmi tərəfindən həll olunmayan karbohidratlardır. Bağırsaqların xeyirli mikroflorasını qoruyub saxlamaq üçün qidalanmanızda prebiotiklərlə zəngin olan məhsullar olmalıdır.
Bu məhsullar arasında:
- süd məhsulları
- soğan və sarımsaq
- yulaf yarması ("herkules")
- banan
- qulançar
- noxud, lobya.
01:00 / 08 İyul 2026
76
00:44 / 08 İyul 2026
111
00:07 / 08 İyul 2026
133
23:38 / 07 İyul 2026
74
23:03 / 07 İyul 2026
95
22:44 / 07 İyul 2026
103
22:33 / 07 İyul 2026
100
22:25 / 07 İyul 2026
93
21:41 / 07 İyul 2026
108
21:07 / 07 İyul 2026
117
20:33 / 07 İyul 2026
111
20:23 / 07 İyul 2026
104
20:01 / 07 İyul 2026
104
19:57 / 07 İyul 2026
120
19:44 / 07 İyul 2026
113
19:22 / 07 İyul 2026
109
18:58 / 07 İyul 2026
120
18:26 / 07 İyul 2026
120
18:11 / 07 İyul 2026
109
17:55 / 07 İyul 2026
134
17:55 / 07 İyul 2026
110
17:40 / 07 İyul 2026
116
17:38 / 07 İyul 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.