Toyuğun bu hissəsini yeməyin - Xəbərdarlıq
18 Sentyabr 2026, 19:42
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
552
29.06.2026, 16:04
“Doktor, mən gecələr 7-8 saat yatıram, amma səhər elə bil heç yatmamışam. Gün ərzində özümü davamlı yorğun, halsız və yuxulu hiss edirəm”. Bu şikayət allergik rinit və bronxial astmadan əziyyət çəkən pasiyentlər arasında ən çox səsləndirilən problemlərdən biridir.
Allerqoloq Gülnar Quliyeva Oxu24.com-a açıqlamasında bildirib ki, bir çox hallarda problemin kökündə yuxu müddətinin azlığı deyil, yuxunun keyfiyyətinin pozulması dayanır.
Mütəxəssisin sözlərinə görə, allergik rinit və bronxial astma düzgün müalicə olunmadıqda və xəstəlik nəzarət altında saxlanılmadıqda, insanın gecə istirahətinə ciddi təsir göstərir:
“Bir çox pasiyent düşünür ki, əgər 7-8 saat yatıbsa, mütləq dincəlmiş olmalıdır. Halbuki əsas məsələ yuxunun müddəti yox, onun keyfiyyətidir. Allergik rinit və astma zamanı gecə boyu nəfəs alma problemləri, öskürək tutmaları və boğulma hissi insanın dərin yuxu mərhələsinə keçməsinə mane olur.”
Gülnar Quliyeva qeyd edir ki, allergik rinit zamanı burun tutulması insanların ağız açıq yatmasına səbəb olur:
“Burundan normal nəfəs ala bilməyən insanlar məcburən ağız açıq yatırlar. Bu isə yuxunun keyfiyyətini aşağı salır, ağız boşluğunun qurumasına və tənəffüs ritminin pozulmasına gətirib çıxarır. İnsan gecə ərzində bir neçə dəfə oyanır, lakin bəzən bunu özü belə xatırlamır.”
Mütəxəssis bildirir ki, bronxial astmadan əziyyət çəkən xəstələrdə vəziyyət daha mürəkkəb ola bilər:
“Astma xəstələrində gecə saatlarında öskürək, xırıltı, sinədə sıxılma və boğulma hissi daha çox müşahidə olunur. Bu əlamətlər insanın rahat yatmasına imkan vermir. Nəticədə 7-8 saat yataqda qalsa belə, orqanizm lazımi istirahəti ala bilmir.”
Allerqoloqun sözlərinə görə, davamlı ağız açıq yatmaq bəzi hallarda yuxu apnesinə də səbəb ola bilir:
“Yuxu zamanı qısa müddətli tənəffüs dayanması, yəni yuxu apnesi baş verə bilər. Bu zaman beynin oksigenlə təminatı pozulur və orqanizm daim ayıqlıq vəziyyətinə keçir. İnsan səhər oyandıqda özünü tamamilə yorğun hiss edir, gün ərzində isə yuxululuq və halsızlıqdan şikayət edir.”
Gülnar Quliyeva vurğulayır ki, davamlı yorğunluq, diqqət dağınıqlığı və enerji çatışmazlığı bir çox hallarda allergik xəstəliklərin düzgün idarə olunmamasının göstəricisidir:
“Əgər siz allergik rinit və ya bronxial astmadan əziyyət çəkirsinizsə və gün ərzində özünüzü daim yorğun hiss edirsinizsə, bu, xəstəliyin tam nəzarətdə olmadığını göstərə bilər. Belə hallarda mütləq həkimə müraciət edilməli və müalicə planı yenidən qiymətləndirilməlidir.”
Mütəxəssis əlavə edir ki, düzgün müalicə yalnız gündüz simptomlarını deyil, gecə yuxusunu da yaxşılaşdırır:
“Allergik xəstəliklərin müasir müalicə üsulları insanın həm nəfəs almasını rahatlaşdırır, həm də gecə yuxusunun keyfiyyətini artırır. Xəstəlik nəzarət altına alındıqda insanlar səhər daha enerjili oyanır, iş qabiliyyətləri yüksəlir və ümumi həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşır.”
Allerqoloq valideynlərə də xüsusi diqqətli olmağı tövsiyə edir:
“Uşaqlarda da allergik rinit və astma yuxu problemlərinə səbəb ola bilər. Əgər uşaq gecələr xoruldayırsa, ağız açıq yatırsa, tez-tez oyanırsa və gündüz yorğun görünürsə, mütləq mütəxəssis müayinəsindən keçməlidir.”
Gülnar Quliyevanın sözlərinə görə, davamlı yorğunluğu yalnız iş rejimi və ya stresslə əlaqələndirmək düzgün deyil:
“Bəzən insanlar aylarla, hətta illərlə yorğunluqlarının səbəbini tapa bilmirlər. Halbuki problem düzgün nəzarət olunmayan allergik xəstəliklərdən qaynaqlana bilər. Sağlam yuxu sağlam həyatın əsas şərtlərindən biridir və nəfəs alma problemləri vaxtında aradan qaldırılmalıdır.”
Mütəxəssis sonda bir daha vurğulayıb ki, əgər insan kifayət qədər yatmasına baxmayaraq özünü daim yorğun hiss edirsə, bu vəziyyəti normal qəbul etməməli və mütləq həkim məsləhəti almalıdır. Çünki keyfiyyətli yuxu yalnız saatlarla deyil, orqanizmin həqiqətən dincəlməsi ilə ölçülür.
Jalə
22:45 / 18 Sentyabr 2026
17
22:29 / 18 Sentyabr 2026
36
22:17 / 18 Sentyabr 2026
49
22:05 / 18 Sentyabr 2026
69
21:56 / 18 Sentyabr 2026
73
21:52 / 18 Sentyabr 2026
67
21:31 / 18 Sentyabr 2026
74
21:20 / 18 Sentyabr 2026
72
21:19 / 18 Sentyabr 2026
74
21:08 / 18 Sentyabr 2026
83
20:58 / 18 Sentyabr 2026
141
20:49 / 18 Sentyabr 2026
242
20:47 / 18 Sentyabr 2026
74
20:44 / 18 Sentyabr 2026
59
20:29 / 18 Sentyabr 2026
64
20:27 / 18 Sentyabr 2026
1184
20:24 / 18 Sentyabr 2026
132
20:14 / 18 Sentyabr 2026
177
20:03 / 18 Sentyabr 2026
69
19:51 / 18 Sentyabr 2026
696
19:42 / 18 Sentyabr 2026
450
19:21 / 18 Sentyabr 2026
770
19:20 / 18 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.