Gecə tərləmələri hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI
06 İyul 2026, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
560
26.05.2026, 22:18
Herpes virusu dünyada ən geniş yayılmış virus infeksiyalarından biri hesab olunur. Bir çox insan bu virusla ömür boyu yaşayır və zaman-zaman təkrarlanan səpkilər, yaralar və narahatlıqlarla qarşılaşır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Ruslan Qüdrətov bildirib ki, herpesin hazırda tam və birdəfəlik müalicəsi mövcud deyil.
Həkimin sözlərinə görə, herpes virusunun əsasən iki tipi var. Herpes simplex virus tip 1 daha çox ağız ətrafında, dodaqlarda, üz nahiyəsində və bədənin yuxarı hissəsində müşahidə olunur. Herpes simplex virus tip 2 isə əsasən genital bölgədə yerləşir və cinsi yolla ötürülən infeksiyalar sırasına daxildir.
Mütəxəssis qeyd edib ki, insanlar arasında “bir dəfə müalicə olunub tam yox olur” düşüncəsi yanlışdır. Çünki herpes virusu orqanizmə daxil olduqdan sonra sinir hüceyrələrində gizli vəziyyətdə qalmağa davam edir və müəyyən dövrlərdə yenidən aktivləşə bilir.
Onun sözlərinə görə, stres, immun sisteminin zəifləməsi, yuxusuzluq, digər xəstəliklər, hormonal dəyişikliklər və hətta uzun müddət günəş altında qalmaq belə herpes ataklarını yenidən ortaya çıxara bilər.
Həkim bildirib ki, herpesin aktiv dövründə yaranan səpkilər, qabarcıqlar və yaralar antiviral preparatlarla nəzarət altına alınır. Bu məqsədlə həm məlhəm və kremlərdən, həm də tablet formasında antiviral dərmanlardan istifadə olunur.
Mütəxəssis xüsusilə qeyd edib ki, xəstələrdə herpesin başlamasından əvvəl “prodromal mərhələ” adlanan bir dövr olur. Bu zaman xəstə səpkilər çıxmamışdan öncə qaşınma, yanma, göynəmə və ya sancma hiss edir. Əgər antiviral müalicə məhz bu mərhələdə başlanarsa, atak daha yüngül keçə bilər və səpkilər daha az yayıla bilər.
Həkimin sözlərinə görə, ən çox istifadə edilən preparatlardan biri asiklovir tərkibli antiviral dərmanlardır. Bununla yanaşı, immun sistemini dəstəkləyən preparatlar da təyin oluna bilər.
Ruslan Qüdrətov vurğulayıb ki, herpes virusunun tamamilə bədəndən silinməsi hazırda mümkün olmasa da, düzgün müalicə və həyat tərzi ilə atakların sayı və şiddəti əhəmiyyətli dərəcədə azaldıla bilər.
O bildirib ki, bir çox insan zaman keçdikcə herpes ataklarının daha zəif və daha seyrək baş verdiyini müşahidə edir. Bəzi hallarda isə illərlə heç bir aktivləşmə olmaya bilər.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, herpes yaralarını özbaşına sıxmaq, qoparmaq və ya nəzarətsiz dərman istifadəsi vəziyyəti daha da ağırlaşdıra bilər. Xüsusilə genital herpes zamanı mütləq həkim nəzarəti vacibdir.
Həkim əlavə edib ki, herpes virusu aktiv mərhələdə yoluxucu olur. Bu səbəbdən şəxsi gigiyena qaydalarına riayət etmək, ümumi istifadə olunan əşyalardan ehtiyatla istifadə etmək və aktiv dövrdə yaxın təmasdan çəkinmək tövsiyə edilir.
Sonda həkim bildirib ki, herpes virusu ilə yaşamaq mümkündür və bu diaqnoz ümidsizlik anlamına gəlmir. Əsas məsələ immun sistemini güclü saxlamaq, düzgün müalicə almaq və həkim tövsiyələrinə əməl etməkdir.
Nigar
14:25 / 06 İyul 2026
1
14:22 / 06 İyul 2026
9
14:10 / 06 İyul 2026
29
14:08 / 06 İyul 2026
36
13:31 / 06 İyul 2026
55
13:30 / 06 İyul 2026
58
13:23 / 06 İyul 2026
58
13:22 / 06 İyul 2026
56
13:15 / 06 İyul 2026
55
13:07 / 06 İyul 2026
60
13:03 / 06 İyul 2026
541
13:01 / 06 İyul 2026
71
12:28 / 06 İyul 2026
79
12:17 / 06 İyul 2026
70
12:10 / 06 İyul 2026
74
11:38 / 06 İyul 2026
235
11:38 / 06 İyul 2026
79
11:38 / 06 İyul 2026
86
11:32 / 06 İyul 2026
90
11:22 / 06 İyul 2026
355
11:18 / 06 İyul 2026
79
10:54 / 06 İyul 2026
1192
10:46 / 06 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.