Qarpızların gizli təhlükəsi
25 İyul 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
472
06.05.2026, 14:48
Göz altı şişkinliklər cəmiyyətdə çox vaxt sadəcə yorğunluq, yuxusuzluq və ya estetik problem kimi qəbul edilsə də, mütəxəssislər bunun bəzən orqanizmdə gedən daha ciddi fizioloji və patoloji proseslərin erkən göstəricisi ola biləcəyini bildirirlər. Xüsusilə şişkinliyin davamlı olması və həyat tərzi dəyişikliklərinə baxmayaraq keçməməsi tibbi diqqət tələb edən vəziyyət kimi qiymətləndirilir.
Kardioloq-terapevt İslam Əzizov Oxu24.com-a açıqlamasında bildirib ki, göz ətrafı nahiyə insan orqanizmində ən həssas anatomik bölgələrdən biridir. Onun sözlərinə görə, bu sahədə dərinin çox nazik olması və altındakı toxumaların boş quruluşu maye yığılmasını daha asan edir.
“Normal şəraitdə orqanizmdə maye balansı kapilyar damarlar və limfa sistemi vasitəsilə tənzimlənir. Lakin bu mexanizmlərdə hər hansı pozuntu baş verdikdə maye toxumalar arasında toplanır və göz altı şişkinlik meydana çıxır,” – deyə həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, göz altı şişkinliklərin yaranmasında bir neçə əsas mexanizm rol oynayır. Bunlardan biri damar keçiriciliyinin artmasıdır. Allergik reaksiyalar və iltihabi proseslər zamanı damar divarları daha keçirici olur və plazma mayesi ətraf toxumalara sızır. Bu da lokal şişkinliklə nəticələnir.
Digər mühüm faktor qidalanma və su-duz balansıdır. İslam Əzizovun sözlərinə görə, gündəlik rasionda duzun normadan artıq olması orqanizmdə suyun saxlanmasına səbəb olur.
“Natrium orqanizmdə mayeni özündə saxlayır. Bu balans pozulduqda artıq su toxumalarda yığılır və ən tez nəzərə çarpan sahə göz altı bölgə olur. Xüsusilə axşam saatlarında duzlu qidaların qəbulu səhər şişkinliklə nəticələnə bilər.”
Həkim limfa sisteminin də bu prosesdə mühüm rol oynadığını bildirib. Limfa sistemi orqanizmdə artıq maye və metabolik tullantıların xaric olunmasını təmin edir. Lakin yuxusuzluq, stress, uzun müddət hərəkətsizlik və qeyri-düzgün yatış pozaları limfa axınını zəiflədir:
“Limfa axını zəiflədikdə maye düzgün şəkildə bədəndən çıxarılmır və göz altı toxumalarda toplanaraq şişkinlik yaradır.”
İslam Əzizov yaşlanma prosesinin də göz altı dəyişikliklərdə mühüm rol oynadığını qeyd edib. Yaş artdıqca dərinin kollagen və elastin strukturu zəifləyir, dəri incəlir və elastikliyini itirir. Bu zaman təkcə maye yığılması deyil, həm də yağ toxumasının yer dəyişməsi nəticəsində “torba” görüntüsü yaranır.
Mütəxəssis bildirib ki, bəzi hallarda göz altı şişkinlik yalnız kosmetik məsələ deyil, daxili orqan xəstəliklərinin əlaməti ola bilər:
“Böyrək xəstəlikləri, ürək çatışmazlığı və qalxanabənzər vəz pozğunluqları zamanı orqanizmdə ümumi ödem yaranır. Bu ödem özünü ilk növbədə göz altı bölgədə göstərə bilər.”
Həkim əlavə edib ki, xüsusilə səhər saatlarında üz və göz ətrafında nəzərə çarpan şişkinliklər sistemik xəstəliklərə işarə ola bilər və bu hallarda gecikmədən tibbi müayinəyə ehtiyac var.
Sonda İslam Əzizov vurğulayıb ki, göz altı şişkinliklər davamlı xarakter alırsa, buna sadə yorğunluq kimi yanaşmaq düzgün deyil:
“Əgər bu hal tez-tez təkrarlanır və uzun müddət davam edirsə, mütləq həkimə müraciət olunmalıdır. Çünki bəzən göz altı şişkinlik orqanizmin bizə verdiyi ilk xəbərdarlıq siqnalıdır.”
Hazırladı: Jalə
00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.